Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 12:39)
Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi

         
Şabranda bayram tədbiri keçirib, Biləsuvarda ev təmir edən şirkət: “Real İnşaat”ın həftəbecərliyi
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (“Qaçqınkom”) daha bir tenderə yekun vurub.

Tribunainfo.az xəbər verir ki, dövlət qurumunun Mənzil İstismar Departamenti Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmirini həyata keçirəcək.

Məlumatda deyilir ki, tenderin qalibi “REAL-İNŞAAT” MMC olub. Bunun müqabilində isə tərəflər arasında 271 min 161 manat dəyərində satınalma müqaviləsi imzalanıb.

Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma nəticəsində məlum olub ki, “Real İnşaat” MMC son bir ildə 4 tenderin qalibi olub. Belə ki, şirkət ötən ilin noyabrında “Tikilməkdə olan Obyektlərin Müdriyyəti” Publik Hüquqi şəxsin Qubadlı rayonu ərazisində yerləşən üzümçülük təsərrüfatının (117,3 hektar) suvarma suyu ilə təminatını həyata keçirib. Bunun müqabilində isə 840 min 532 manat qazanıb.

Digər iki tender isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin sifarişlərini icra edib. Belə ki, “Real İnşaat” Füzuli rayonu, Pirəhmədli kəndinin tikintisi layihəsi çərçivəsində şaquli planlaşdırma və söküntü işlərinin satın alınmasına görə, 5 milyon 691 min 210 manat, Ağdam şəhəri ərazisində layihələndirilən Mərkəzi Parkın şaquli planlaşdırma və söküntü işlərinin satın alınmasına görə isə 336 min 603 manatlıq satınalma müqavilələri imzalayıb.

Maraqlı məqamlardan biri də odur ki, “Real-İnşaat” şirkəti təkcə 2023-cü ildə 6 tender üzrə, Tərtər rayonunda dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri üçün 19 milyon 873 min 403 manatlıq sifarişlər alıb.

Amma bu da son deyil. Tribunainfo.az-ın araşdırmaları zamanı bəlli olub ki, şirkət təkcə işğaldan azad edilmiş ərazilərdə deyil, həmçinin “AzərGold”un da iri həcmli sifarişini reallaşdırıb. Belə ki, MMC Göygöl rayonu, Tülallar kəndi ərazisində yerləşən sahədə (Tülallar) daxili yolların tikinti quraşdırma işlərinin satın alınmasını həyata keçirib və bunun müqabilində 2 milyon 247 min 984 manat ödəniş alıb.

Digər maraqlı məqam isə odur ki, bu şirkət təkcə tikinti işləri ilə deyil, həmçinin tədbir və bayramların keçirilməsi məsələsinə də qarışıb. Belə ki, Şabran şəhərində Şəhidlər xiyabanında abadlıq işləri, 2023-cü ildə Ümummilli lider Heydər Əliyev ili, Zəfər və Dünya Azərbaycanlılarının Həmrəylik günü – Yeni il bayramları münasibətilə tədbirlərin keçirilməsi ilə əlaqədar mal-materialların alınmasına işlərini də həyata keçirib. Bunun müqabilində isə Şabran İcra Hakimiyyətindən 209 min 469 manat ödəniş alıb.

Nəzəriniəz çatdıraq ki, adıçəkilən şirkətin nizamnamə kapitalı 20 AZN, qanuni təmsilçisi NİZAMİ ALLAHVERDİYEV NÜSRƏT OĞLUdur. 13.06.2005-ci il tarixində dövlət qeydiyyatına alınan MMC Ağdam Rayon Vergilər Şöbəsi tərəfində Vergi uçotuna alınıb.

Qarşı tərəfi də dinləməyə hazırıq.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
4 09 2025
3 09 2025
3 09 2025
3 09 2025