Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 09:21)
Cərimələnmiş şirkət Mərkəzi Neftçilər Xəstəxanasının tenderinin qalibi seçildi

Mərkəzi Neftçilər Xəstəxanası avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidməti üçün müqavilə bağlayır

Mərkəzi Neftçilər Xəstəxanası Publik Hüquqi Şəxsi avtonəqliyyat vasitələrinin ehtiyat hissələrinin dəyişdirilməsi xidmətinin satın alınması üçün elan etdiyi tenderin qalibi “Furqan Avto” MMC olub.

32gun.az xəbər verir ki, qalib şirkət ilə 21.118,46 AZN dəyərində müqavilə bağlanması gözlənilir.

Tender çərçivəsində aşağıdakı xidmət və ehtiyat hissələri təmin ediləcək:

Volkswagen Crafter – 1 ədəd

Fiat Doblo Combi 1.3M – kompüter razval, avtomobilin yuyulması, amortizator yastığının dəyişdirilməsi, mühərrik işləri

Mercedes Benz Sprinter 315 – hava süzgəci, salon süzgəci, akkumulyator 100W, yanacaq süzgəci və dəyişdirilməsi, şam, dinamonun kömürü, dinamo kollektoru, starterin şotkası, dumanlı lampa və s.

32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, şirkət Operativ Vergi Nəzarəti üzrə POS-terminalların quraşdırılması və nağdsız ödənişlərin qəbulundan imtina hallarına nəzarət edilməsi ilə bağlı 1000 manat maliyyə sanksiyası ilə də cəzalanıb.

Qeyd edək ki, qalib şirkətin qanuni təmsilçisi Anar Ağamalı İmanverdi oğludur.

Əldə etdiyimiz daha bir məlumata görə, “Furqan Avto” MMC, hazırkı adı ilə fəaliyyətə başlamazdan əvvəl, 2022-ci ilin 26 oktyabr tarixinə qədər “Stabil-E” MMC adı altında fəaliyyət göstərib.

Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasovdur.


шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
3 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025
2 09 2025