Əməkdaşlarımız adıçəkilən şəxsin qəbuluna yazılaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, o, fəaliyyətini açıq şəkildə icra edir.
Daha sonra klinikanın Baş həkimi Kəmalə Əsgərova məsələ ilə bağlı açılama verib.
“Turab Məmmədli klinikada təcrübəçi kimi fəaliyyət göstərir. Onun otaqda pasiyent qəbul etməsi haqqında məlumatımız yox idi. Bu barədə müvafiq tədbir görüləcək”, – deyə o bildirib.
Daha bir şikayətdə isə bildirilir ki, Qaragözova Tibb Mərkəzində Hafiz İsazadə adlı həkim çalışır. İddiaya görə, həmin həkimin də tibb təhsili yoxdur.
H.İsazadə açıqlamasında iddiaları təkzib edərək diplomunun olduğunu qeyd edib. Klinikanın rəhbərliyindən stomatoloqun diplomu tələb olunduqda isə o ancaq sorğu göndərildiyi təqdirdə diplomu təqdim edəcəyini bildirib.(Baku TV)