Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 13:44)
2 uşaq anası intihar həddində: “5 ildir ki, aliment ödənmir, icra məmuru hərəkətsizlik edir”

Abşeron sakini Zərifə Zeynalova artıq son ümidini ictimaiyyətə və dövlətə bağladığını deyir. O, keçmiş həyat yoldaşı Ziya Asif oğlu Zeynalovun 5 ildir ki, aliment ödəmədiyini bildirir.


Musavat.com-a müraciət edən Zərifə Zeynalova bildirib ki, məhkəmə qərarına əsasən, Ziya Zeynalov hər iki qız övladı üçün ayda ümumilikdə 360 manat aliment ödəməlidir. Lakin keçmiş ər yalnız ilk aylarda 50-100 manat ödəməklə kifayətlənib və sonra övladlarını tamamilə taleyin ümidinə buraxıb.
WhatsApp Image 2025-08-28 at 12.38.39.jpeg (149 KB)
Zərifə Zeynalovanın sözlərinə görə, ən acınacaqlısı məhkəmə qərarını icra etməli olan qurumun - Abşeron İcra və Probasiya şöbəsi məmurlarının fəaliyyətsizliyidir.
“5 ildir icra məmuru Vadim Əliyevə dəfələrlə müraciətlər etmişəm, şöbənin rəisi Ayaz Nuqaylıya da problemi çatdırmışam. Ancaq nəticə yoxdur. Elə bil ki, məhkəmə aliment qərarı çıxarmayıb. Özlərini elə aparırlar ki, guya işdən ümumiyyətlə, bixəbərdirlər, 2 övladıma aliment kəsilməsini bilmirlər. 5 ildir ki, bu vəziyyət davam edir, artıq intihar həddinə çatmışam”, – deyə Zərifə Zeynalova bildirib.
İki qız övladını təkbaşına böyüdən qadın həm məişət qayğıları, həm də yığılan borcların altında əzildiyini deyir. Onun sözlərinə görə, artıq psixoloji cəhətdən çöküb: “Mən uşaqlarımı atasız böyüdürəm, amma dövlətin qanunu da işləmir. Mən niyə bu qədər əziyyət çəkməliyəm? Mən artıq tükənmişəm... İcraçılar isə hərəkətsizlikləri ilə, işə biganə yanaşmaqla vəziyyətimi daha da çətinləşdiriblər. Bu günə qədər 20 min manata yaxın aliment pulu yığılıb qalıb. İcra məmuru Vadim Əliyevin, Ayaz Nuqaylının vecinə də deyil. Mən iki qız uşağını tək böyütdüyümü nəzərə almırlar. Ona görə də ədliyyə naziri Fərid Əhmədovdan xahiş edirəm ki, aliment işini şəxsi nəzarətinə götürsün, övladlarıma kəsilən alimentin ödənilməsi təmin olunsun”.

Qeyd edək ki, Azərbaycan qanunvericiliyində alimentdən yayınan şəxslər üçün kifayət qədər sanksiyalar nəzərdə tutulub. Aliment borcunu ödəməyənlər haqqında sürücülük hüququnun alınması, ölkədən çıxışın məhdudlaşdırılması, inzibati və cinayət məsuliyyəti tədbirləri tətbiq oluna bilər. Amma görünən odur ki, Abşeron İcra və Probasiya şöbəsi bu mexanizmlərin heç birini işə salmayıb. Musavat.com əməkdaşı məsələ ilə bağlı icra məmuru Vadim Əliyevlə əlaqə saxlayıb. İcra məmuru Zərifə Zeynalovanı xatırlamadığını, məsələni araşdıracağını bildirib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
28 08 2025
27 08 2025
27 08 2025
27 08 2025