Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 10:50)
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -Səbəb göstərilmədən əmək müqavilələrinə xitam verilir

 

 Məni öz xahişimlə işdən azad etmək istəyirlər, dəfələrlə ərizəni öz xahişimlə imzalamağımı təklif ediblər,...

Bu iddia Bakı şəhəri Buzovna qəsəbəsi, Koroğlu küçəsində yaşayan Kərimova Güllər Kərim qızının "Bilgəh" Kardioloji Sanatoriyası ilə bağlı "Yenixeber.org"-a daxil olmuş şikayət məktubunda yer alır. Səbəb göstərilmədən işçilərin ixtirasının kütləvi narazılıq doğurduğu da bildirilir. 

Biz və digər iddialarla bağlı qarşı tərəfi də, dinləmək istədik. Təəssüf ki, bu istiqamətdəki cəhdlərimiz nəticəsiz oldu.

Aktuallığını nəzərə alıb, müəyyən düzəlişlərlə müraciəti dərc edirik: 

Yazıb sizə bildirirəm ki, mən Kərimova Güllər Kərim qızı 1984-cü ildən bəri Bilgəh Kardioloji Sanatoriyasında xadimə vəzifəsində işləyirəm. İsgəndərov Afiyəddin təqribən 4 aydır ki, sanatoriyaya baş həkim vəzifəsinə təyin olunub və bu vaxtdan sonra səbəb göstərmədən sanatoriyanın bir çox köhnə işçilərinin əmək müqaviləsinə xitam verib. Səhhətimlə əlaqədar olaraq  mən 11 iyul 2025-ci il tarixdə Bakı şəh. 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında həkim qəbulunda olmuşam və Əziz Dr. tərəfindən 15 iyulda adıçəkilən xəstəxanada  əməliyyat olunmuşam.

 Qanunamüvafiq olaraq əmək qabilyyətimi müvəqqəti itirdiyimə görə işlədiyim sanatoriyaya ərizə (bülleten) təqdim etmişəm. Lakin 15 avqust 2025-ci il tarixdə yenidən işə  qayıtdığımda baş həkim məni işə -öz vəzifəmə qəbul etməyib. Səbəb kimi hal-hazırki vəziyyətdə mənim  burada işləyə bilməyəcimi göstərib. Hərçənd ki "epikrizdə"  öz əmək funksiyalarımı 15 avqust 2025-ci il tarixdən etibarən yenidən yerinə yetirə biləcəyimə dair həkim rəyi var . Bülleteni təqdim etdiyim halda məndən yenidən başqa bir  xəstəlik arayışı tələb edirlər. ”Hansı arayışı istəyirsiniz ?” soruşduqda  isə “Bilmirik” cavabını eşidirəm.

 Məni öz xahişimlə işdən azad etmək istəyirlər, dəfələrlə ərizəni öz xahişimlə imzalamağımı təklif ediblər , amma mənim iş müqaviləm  qüvvədədir. Mən yenidən sanatoriyaya qayıdıb işləmək istəyirəm və buna mənim səhhətim də imkan verir. Ailə başçısını itirmişəm, ailədə məndən başqa kimsə işləmir,  aylıq öhdəçiliyim çoxdur, azyaşlı nəvəm mənim himayəmdədir. Azərbaycan Beynəlxalq Bankına aylıq kredit ödənişim var. Sizdən xahişim bu məsələyə ədalətli şəkildə baxmasına və yenidən məni işə bərpa olunmağıma kömək etməyinizdir.

шаблоны для dle 11.2

Xəbər lenti
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
26 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025