Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 11:46)
“Bakı Baş Səhiyyə Mərkəzi”ndən açıq-aşkar qanunsuzluq – İcarə adı altında milyonlar talanır


“Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi inzibati binanın icarəsi üzrə bir mənbədən satınalma metodu tətbiq etməklə fiziki şəxs Zeynalov Natiq Vahib oğlu ilə birbaşa 586.046,52 manat dəyərində satınalma müqaviləsi bağlayıb. Məlumat satınalmaların portalında 22.08.2025- ci ildə dərc edilib.
Apardığımız araşdırma zamanı məlum oldu ki, bu “Bakı Baş Səhiyyə Mərkəzi” ilə fiziki şəxs Zeynalov Natiq Vahib oğlu arasında bağlanılan ilk satınalma müqaviləsi deyil.
Belə ki, tərəflər arasında icarə xidməti üzrə 516.279,12 manat məbləğində satınalma müqaviləsi 01.10.2024-cü ildə, 516.279,12  manat dəyərində bir müqavilə də 22.11.2022-ci ildə bağlanılıb.
Məlumat üçün bildirək ki, Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM 2015-ci ildən 2022-ci ilin iyun ayına kimi Natiq Zeynalova məxsus binada fəaliyyət göstərib. Qeyd olunan tarixdən sonra isə həmin binanı  Bakı Baş Səhiyyə Mərkəzi icarəyə götürüb. Amma nədənsə Səhiyyə Mərkəzi 2023-cü ildə Natiq Zeynalovla bağladığı müqavilənin nəticəsi barədə satınalmaları portalında məlumat  dərc etməyib.
Dövlət Vergi Xidmətinin reyestr məlumatları üzərindən apardığımız araşdırmada məlum oldu ki, fiziki şəxs Zeynalov Natiq Vahib oğlu (VÖEN:1506967102) Bakı şəhəri Nərimanov rayonu, Həsənoğlu ev28, mənzil 37-də ünvanında qeydiyyatdadır.  Vergi Xidmətinin məlumatlarında fiziki şəxs Zeynalov Natiq Vahib oğlunun VÖEN-i passiv olduğu göstərilir.
Bakı Baş Səhiyyə Mərkəzi isə satınalmaların portalında fiziki şəxs Zeynalov Natiq Vahib oğlunun VÖEN-inin olmadığını göstərir. Bu isə fiziki şəxs olaraq Natiq Zeynalovun vergidən yayınmasına şərait yaradır.
Mətbuata açıqlamalarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçota nəzarət Baş İdarəsinin rəis müavini Namiq Dərgahov bildirir ki, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) hüquqi və ya fiziki şəxsin vergi ödəyicisi olduğunu təsdiq edən sənəddir. Vergi ödəyicilərinin uçotu onlara dövlət vergi orqanları tərəfindən verilmiş VÖEN əsasında aparılır. VÖEN aktiv və ya passiv ola bilər. Vergi ödəyicisi fəaliyyətini dayandırırsa, onun VÖEN-i passivləşdirilir. Aktiv VÖEN şəxsin vergi ödəyicisi kimi fəaliyyət göstərdiyinin və gəlir əldə etmək imkanının olduğunu, passiv VÖEN isə fəaliyyətini dayandırdığının və sahibkar kimi gəlir əldə etmədiyinin göstəricisidir.
Belə olan halda Bakı Baş Səhiyyə Mərkəzi son dörd ildə sahibkar kimi fəaliyyəti dayandırılmış Zeynalov Natiq Vahib oğlu ilə ümumi dəyəri 1 618 046 manat olan satınalma müqavilələrini hansı əsaslarla bağlayıb?
Sabiq maliyyə naziri, professor Fikrət Yusifov da açıqlamalarında qeyd edir ki,”statistikada biz aktiv vergi ödəyiciləri ilə passiv vergi ödəyiciləri arasında böyük fərq görə bilirik. Hər hansı bir vergi ödəyicisi bu və ya digər səbəblərdən fəaliyyətini dayandırırsa, o, vergi ödəyicisi kimi fəaliyyətini dondurmuş sayılır və bununla da passiv vergi ödəyiciləri siyahısında yer alır”.
Qeyd edək ki, 2021-ci ilin oktyabrında Bakı Baş Səhiyyə İdarəsi ləğv edilib və həmin qurumun əvəzinə Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxs yaradılıb. TƏBİB-in sədr əvəzi Vüqar Qurbanovun müvafiq əmri ilə Elçin Əmirov “Bakı Baş Səhiyyə Mərkəzin” publik hüquqi şəxsinin direktoru təyin edilib.Elçin Əmirov bu təyinata qədər “Şəki rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru olub. Mediada yer alan məlumatlara görə Elçin Əmirov Şəki rayon Mərkəzi Xəstəxanasının Baş həkimi olarkən bir neçə dövlət qurumunun 2019-cu ildə Şəkidə apardığı kompleks yoxlamalardan sonra xəstəxanada ciddi maliyyə pozuntularına yol verildiyi aşkar edib. Məlum olub ki, Şəki Mərkəzi Xəstəxanasında dəftəxana ləvazimatları və təsərrüfat malları adı altında hər il 100 min manatdan çox dövlət vəsaiti mənimsənilib. Bundan sonra Elçin Əmirov tutduğu vəzifədən kənarlaşdırılıb. Hətta barəsində cinayət işinin başlanıldığı da söylənilir. Buna baxmayaraq TƏBİB sədrinə yaxın şəxslər vasitəsi ilə daha böyük vəzifəyə irəli çəkilib və Şəkidə yol verdiyi qanun pozuntularını Bakı Baş Səhiyyə Mərkəzində də davam etdirir.
Yeniavaz.com saytının hələ 2022-ci ildə yaydığı məlumatlarda isə bildirilir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1M ünvanında yerləşən və Bakı Baş Səhiyyə Mərkəzi tərəfindən icarəyə götürülən bina inzibati mərkəz kimi istifadə ediləcək. Bakı Baş Səhiyyə Mərkəzinin icarəyə götürdüyü binada daha əvvəl Dövlət İmtahan Mərkəzi fəaliyyət göstərirdi. DİM-in 7 il fəaliyyət göstərdiyi binanı neçəyə icarəyə götürdüyü barədə məlumat yoxdur. Amma, məlum olan odur ki, icarəyə götürülən bina hazırda DİM sədri Məleykə Abbaszadənin yaxınlarına məxsusdur. Onu da bildirək ki, bina sahibinin atası və eyni zamanda da Məleykə Abbaszadənin qudası olan Vahib Zeynalov 2017-ci ildə vəfat edib.
 
Aktualinfo.org
шаблоны для dle 11.2

Xəbər lenti
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
25 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
24 08 2025
23 08 2025
23 08 2025
23 08 2025
23 08 2025