Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:25)
Lüks həyatı, bahalı avtomobili, qalmaqalları ilə gündəm olan direktor bu şirkətə 47 min AZN köçürülə bilər

 

Nərimanov Tibb Mərkəzi Publik Hüquqi Şəxs mətbəə mallarının satın alınması üzrə elan etdiyi tenderin qalibi bəlli olub.
Hurriyyet.az xəbər verir ki, müsabiqənin qalibi “ART POİNT REKLAM” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Tərəflər arasında 47 min 493 manat 82 qəpik dəyərində müqavilə bağlanacağı gözlənilir.

Bildirək ki, şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Tural İbrahimov Möhsün Oğludur.

Qeyd edək ki, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovdur.

Xatırladaq ki, 2023-cü ildə yayılan məlumata əsasən, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədovun yaxın qohumlarını mərkəzdə müxtəlif vəzifələrə yerləşdirdiyi, hətta təcrübəsiz və tibbi təhsili olmayan şəxslərin belə işə götürüldüyü iddia olunurdu. Həmçinin, onun dəbdəbəli həyat tərzi sürməsi, bahalı avtomobil və mənzil alması, ailə üzvlərinin adına obyektlər açması kimi faktlar gündəmə gəlmişdi.

 

Məsələ ilə bağlı açıqlama almaq istəyən jurnalistlər isə Mərkəzin ictimaiyyətlə əlaqələr bölməsindən məhkəmə ilə hədələnmişdi.
 

Fotoda: Adil Məmmədzadə

Həmçinin, mediada gedən məlumatlara görə, Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov ötən il Adil Vilayət oğlu Məmmədzadə tərəfindən 400 min manatlıq borc qalmaqalı ilə bağlı məhkəməyə verilmişdi. Məsələ sonradan "başqa müstəvidə" həll olunub və Adil Məmmədzadə 2025-ci ildə Fazil Alməmmədovun müavini təyin edilib. Qeyd edək ki, Fazil Alməmmədovun ailə üzvlərinin də Tibb Mərkəzində vəzifə tutması ilə bağlı araşdırmalar yayılmışdı.

32gun.azшаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
19 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025
18 08 2025