
Aktualinfo.org-un elektron poçtuna Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi barədə məktub daxil olub. Semed Aliyev adlı şəxs yazır:
“Möcüzəli Naftalan” sanatoriyasının müdiri Elşən Əmiralanov Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində özünə yeni himayədar tapıb. Naftalanın ən geridəqalmış, antisanitariyanın tüğyan etdiyi sanatoriyalarından olan “Möcüzəli Naftalan”da möcüzələr davam edir. Hər ay bu iy vermiş sanatoriyaya dövlətin hesabına yüzlərlə şəxs gəlir. Bu adamlar, əsasən şəhid ailələri, bir və ikinci dərəcəli əlillərdir. Amma təəssüflər olsun ki, sanatoriyaya göndərilən bu şəxslər gəldiklərinə də peşman olurlar. Onları burada çiy, keyfiyyətsiz qidalar, tarakanların “at oynatdığı” otaqlar, hərc-mərclik, sıfır xidmət gözləyir. Xidmətdən, qidalardan narazı qalan vətəndaşlara isə get hara istəyirsən şikayət et deyirlər.
“Möcüzəli Naftalan”ın müdirinin oğlu bahalı avtomobillə avtoşluq edir. Sanatoriyada müdirlik edən oğul hələ bir müddət əvvəl sabiq nazir Səlim Müslümovun məhkəməsində hər bir adam üçün nazirə “otkad” verdiyini deyirdi.
Atasının puluna, əlaqələrinə güvənən gənc sanatoriya müdiri bu ifadəsilə insanları – şəhid ailələrini, əlilləri satın aldığını deyirdi. Sanatoriyaya gələn hər bir şəxs üçün 150 manat nazirliyə ödədiyini deyən “Möcüzəli Naftalan”ın avtoş müdiri Səlim Müslümova yüz minlərlə pul ödədiyini məhəkəmədə deyib.
Gündən-günə şikayətlərin çoxaldığı, narazılığın bitib-tükənmədiyi “Möcüzəli Naftalan”da nə sirdisə puyovka ilə gələnlərin də sayı artır. Yayılan məlumata görə avtoş müdir Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində özünə yeni day-day tapıb. Nazirlikdə Xidmətlər Agentliyin sədri olan bu yeni day-daya da yəqin ki, avtoş müdir hər putyovkaya görə nələrsə ödəyir. Yoxsa sual olunar ki, bitin-birənin qaynaşdığı, tarakanların adam belində gəzdiyi bu məkana niyə büdcə hesabına putyovkalar verilsin ki?..
Möcüzəli Naftalan Sağlamlıq Mərkəzi barədə bu yazılanların nə dərəcədə həqiqətə uyğun olmasına heç bir şərh verə bilmərik. Amma xətərlatmaq istərdik ki, hələ 21.11.2022-ci ildə sabiq nazir Səlim Müslümovun məhkəməsində şahid qismində ifadə verən şəxslərdən biri də Qoca Əmiraslanov olub. O, məhkəmədə deyib ki, “Möcüzəli Naftalan”nın rəhbəri Elşən Əmiraslanovun oğludur. Şahidin sözlərinə görə, atasının vəzifələrini faktiki olaraq icra edib.
İttihama görə, istintaqın araşdırma apardığı dövrdə göndəriş xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə “otkat” kimi qaytarılıb: “Sanatoriyaya göndərişlər olurdu. Bir “putyovka” təxminən 600-700 manatlıq idi. Hər “putyovka” üçün isə 150 manat “otkat” verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun vasitəsi ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat “otkat” verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb”, – deyə şahid ifadəsində göstərib.
Qoca Səmədov istintaq ifadəsində göstərib ki, 499 min manatdan 125 min manatı 480 min manatdan 120 min manat, 970 min manatdan 240 min manat, 1 milyon 300 min manatdan isə 319 min 500 manat Şəlalə Cəfərovaya çatdırıb. Onun İfadəsinə görə, 2018-ci ildə isə 500 min manatdan 200 min manat, 355 min manatdan isə 75 min manat çatdırıb.
Məktubda göstərilənlərlə bağlı əks tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Aktualinfo.org
шаблоны для dle 11.2