Əldə etdiyimiz məlumatlara əsasən, Məhəmməd İskəndərov zərərçəkənlərə öz xalası Esmiranın “balıq sexi” olduğunu, “Avto Cina” adlı şirkət qurduğunu deyərək onlardan 200 min manata yaxın pul alıb. Bildirilir ki, təxminən 20-yə yaxın vətəndaş bu sxem üzrə aldadılıb.
İddialara görə, Esmira Hüseynova Məhəmmədə məxsus telefonu istifadə edərək, vətəndaşların nömrələrini bloklayır, polislərlə əlaqəyə özü çıxırmış. Hətta, şahidlərə təzyiq etdiyi, Məhəmmədin telefonunu gizlətdiyi, və cinayət işinin gedişinə mane olmaq üçün cəhdlər etdiyi də deyilir.
Esmiranın məqsədi nədir?
Vətəndaşlar haqlı olaraq sual edirlər: nə üçün bu cinayət işində yalnız Esmira aktiv şəkildə müdaxilə edir? Nə üçün digər ailə üzvləri yox, məhz bu qadın proseslərə təsir etməyə çalışır?
Məlumata görə, hazırda Məhəmmədin nömrəsindən onun qızı – Hüseynova Elvina Ağasəf qızı istifadə edir və bu nömrə vasitəsilə zərərçəkənlər təhdid edilir. Vətəndaşlar bildirirlər ki, son iki gündə Elvina polisə dəvət edilsə də, anası Esmira onun əvəzinə vəkil göndərmək istəyir. Qanunvericiliyə əsasən isə vəkil yalnız hüquqi maraqları qoruya bilər – cinayət əməlini izah etmək və ya əvəzləmək üçün yox!
İddialar ciddidir – cavabdehlik tələb olunur
Xüsusi.Tv-yə edilən müraciətlərdə vətəndaşlar Daxili İşlər Naziri cənab Vilayət Eyvazova, Baş Prokuror Kamran Əliyevə səslənərək bu məsələ ilə bağlı Esmira Hüseynovanın cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər. Onlar bildirirlər ki, artıq şəxsi sübutlar toplamaqdan yorulublar, hər dəfə hansısa addım atıldıqda Esmira şahidləri yayındırmağa, prosesi manipulyasiya etməyə çalışır.
Daha bir iddia isə vəziyyətin nə qədər kritik olduğunu göstərir: guya Məhəmmədin xalası Esmira Məhəmmədin anası Səfaqət xanımı öyrədir ki, özünü öldürməklə zərərçəkənləri qorxutmağı məsləhət görür. Bu isə artıq yalnız hüquqi məsələ deyil, ictimai təhlükə və təhdid xarakteri daşıyır.
Sonda…
Qanun var, qayda var! Əgər bu iddialar doğrudursa, hüquq-mühafizə orqanları məsələyə dərhal reaksiya verməli, cinayət işinin obyektiv və şəffaf aparılmasını təmin etməlidir.
Məsələni diqqətdə saxlayırıq.
(Xüsusi.Tv)