Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 21:15)
“Elçin Əfəndiyevin itkisi bir millətin kədər faktıdır”

elcin-efendiyevin-itkisi-bir-milletin-keder-faktidir

Elçin insanı, xarakteri və obrazı eksperimentdən çıxarır.Onun nəsrinə bütöv şəkildə nəzər salsaq, fəlsəfi-etik modelin başlanğıc nöqtəsini görmək mümkündür.

“On ildən sonra” hekayəsindəki yeniyetmənin daxili dünyası, “Beş dəqiqə və əbədiyyət”dəki rəhbər şəxsin qəzaya uğramaqda olan təyyarədəki işçilərinə etinasız münasibətindən sonrakı peşmanlığı, “Şu

şaya duman gəlib”də milli-mənəvi dəyərlərə yazıçı münasibəti və s. əsərlərində öz obrazlarını qeyri-adi, qeyri-tipik situasiyalara salır: Düş bu situasiyalara görüm axı sən kimsən?

Ədəbi tənqid ustası M.Cəfər Elçinin povestlərindəki təmizlik, düzlük, sədaqət, fədakarlıq keyfiyyətlərini müəllifin idealları kimi qiymətləndirir.

Onun “Bir görüşün tarixçəsi” əsərindəki “Məmmədağa”, “Məsməxanım” obrazları milli-mənəvi dəyərlər sisteminə müəllif münasibətidir.

“Dolça” povestində müəllif iki ailəni, iki müxtəlif psixologiyanı qarşılaşdırır: Onların biri təmiz, vicdanlı, milli dəyərlərə hörmət psixalogiyası ilə, o biri isə rüşvətdən doğan nankor xarakteristikası ilə oxucuda birinciyə sevgi, ikinciyə nifrəti aşılayır.

Elçin bütün nəsrində qoyduğu və davam etdirdiyi belə bir konsepsiyanı qoruyur ki, insan ləyaqəti dünyada ən uca keyfiyyətdir. “Dolça”dakı “Ağababa” və “Ağabacı” bu ləyaqətin sahibləridir.

Onun nəsr və dramaturgiyasında bu keyfiyyətlər aparıcı ideallar sırasındadır.

Özünün estetik ideallar silsiləsini yaratmış və bu yaradıcılığı məktəb səviyyəsinə yüksəltmiş Elçin Əfəndiyevin itkisi bütöv bir millətin kədər faktıdır.

Bakı Dövlət Universitetinin Milli mətbuat tarixi kafedrasının müdiri, professor, görkəmli jurnalist Cahangir Məmmədli

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
3 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
2 08 2025
1 08 2025
1 08 2025