Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 08:50)
Dövlət xəstəxanalarında ciddi dərman çatışmazlıqları var – Palata

           
Dövlət xəstəxanalarında ciddi dərman çatışmazlıqları var – Palata
2023–2024-cü illərdə İcbari Tibbi Sığorta Fondundan ayrılmış vəsaitlər hesabına həyata keçirilən cərrahiyə əməliyyatlarının əksəriyyəti dövlət tibb müəssisələri deyil, özəl tibb müəssisələri tərəfindən icra olunub.

Bu barədə Hesablama Palatasının Fondda apardığı audit nəticələrindən bildirilib. Belə ki, dəyəri 5 000 manat və daha yüksək olan əməliyyatların 90%-dən çoxu özəl sektorda həyata keçirilib. Bu isə dövlət tibb müəssisələrinin kadr və texniki təminat potensialının zəif olduğunu və maliyyə resurslarından tam istifadə edə bilmədiyini göstərir.

Audit eyni zamanda dərman və tibbi sərfiyyatla bağlı ciddi çatışmazlıqları da üzə çıxarıb. Dövlət proqramları çərçivəsində alınan dərmanların bir hissəsi ehtiyacdan az proqnozlaşdırılıb, digərləri isə vaxtında ünvanlara çatdırılmayıb. Nəticədə, həmin dərmanlar və tibbi ləvazimatlar ehtiyac sahiblərinə həmin il ərzində təqdim olunmayıb, bu da əhalinin səhiyyə xidmətlərinə əlçatanlığını məhdudlaşdırıb.

Qeyd olunur ki, bəzi hallarda dərman və tibbi sərflərin tariflərdə təkrar nəzərə alınması, habelə idxal qiymətindən yüksək məbləğlərlə alışlar, səmərəsiz xərclənmə və qiymət uyğunsuzluqları ilə nəticələnib.
шаблоны для dle 11.2

Xəbər lenti
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
31 07 2025
30 07 2025
30 07 2025