Sosial (Dünən, 09:20)
Şəhərdə uşaq meydançaları niyə ödənişlidir? - Ekspert

Məsələ ilə bağlı Axar.az-a danışan əmlak eksperti Ramil Osmanlı bildirib ki, bu tip meydançalar adətən özəl sektor tərəfindən inşa olunur və sahibkarlar buna böyük məbləğlərdə yatırım edirlər. Bu səbəbdən də həmin ərazilərin ödənişli olması bir növ investisiya baxımından başadüşüləndir.
Ekspertin sözlərinə görə, əgər dövlət səviyyəsində uşaqların və gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsi üçün xüsusi proqramlar həyata keçirilsəydi, bu zaman daha çox sayda ödənişsiz meydançalar görmək mümkün olardı. Lakin hazırda belə bir proqram mövcud deyil.
“Bəzən görürük ki, əvvəllər ödənişsiz meydançaların yerləşdiyi sahələrdə hündürmərtəbəli binalar tikilir, lakin sonradan onların həyətində uşaqlar üçün hətta kiçik bir meydança da salınmır,” – Ramil Osmanlı əlavə edib.
Ekspert bu tendensiyanın əsas səbəblərindən biri kimi şəhərsalma işlərinin uzun illər ərzində planlı şəkildə aparılmamasını göstərir:
“Bütün hallarda, uşaqların sağlam inkişafı və təhlükəsiz oyun mühitinə çıxışı məsələsi gündəmdə qalmalı və həm dövlət, həm də cəmiyyət tərəfindən diqqətlə dəyərləndirilməlidir”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
30 07 2025
29 07 2025