Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Dünən, 23:46)
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi

 
Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoyun bir müddət öncə səs yazısı yayıldı və o, müəllimləri təhqir etdiyi üçün işdən çıxarıldı. Necə deyərlər, haqq-ədalət öz yerini tapsa və məsələnin üzərindən müəyyən vaxt keçsə də, Lamiyə İlhamsoy sakitləşmək bilmir və qisas hissi ilə alışıb-yanır. Belə ki, sabiq direktor məhkəmələrə üz tutaraq guya öz tapdalanan hüquqlarını bərpa etməyə çalışır. Ancaq soruşan yoxdur ki, verilən hədiyyədən xoşlanmayıb insanları aşağılayanda, onların hüquqlarını tapdalayanda niyə ədalət prinsiplərini yada salmırdı. Ancaq indi mövzumuz bu olmadığından, dərinliyə getmək fikrində deyilik.

Deməli Lamiyə İlhamsoy məktəbin müəllimləri İlhamə Ağayeva və Samirə İsgəndərovanı, eləcə də onun səs yazısını ictimailəşdirən müstəqil jurnalist, TehsilMedia.az saytının rəhbəri Sakit Muradovu məhkəməyə verib. Əvvəllər də bu addımı atsa da, uduzaraq yerində oturub. Ancaq sakit dayanmayaraq yenidən xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Bu dəfə isə həm Pirallahı rayon Məhkəməsinə, həm də İmişli rayon Məhkəməsinə müraciət ünvanlayıb. Ancaq görünür, Lamiyə xanımın savadı imkan vermir ki, eyni mövzuyla bağlı bir şəxsi iki məhkəməyə eyni anda verməyin düzgün olmadığını anlasın. Əks halda bu addımı yəqin ki, atmazdı. Üstəlik, məhkəməyə verdiyi müəllimlər Pirallahı sakinləridir. Məntiqlə qeydiyyatda olduqları rayonda məhkəməyə çağrılmalı olsalar da, nə hikmətdirsə, onları İmişli rayon Məhkəməsi dəvət edib. jurnalist Sakit Muradovla isə çox qəribə hal baş verib. Belə ki, lamiyə xanım onu eyni anda həm Pirallahı, həm də İmişli rayon məhkəməsinə verib. Çaş-baş qalan Sakit Muradov isə hansı məhkəmədə hüquqlarını qoruyacağını bilmir. Digər tərəfdən, qadın müəllimlər Bakıda yaşaya-yaşaya İmişlidə məhkəməyə verilmələrinin məntiqi səbəbini anlamırlar, üstəlik, uzun məsafə qət etməyə nə vaxtlarının, nə də maddi imkanlarının yol verdiyini deyirlər. 

Bu səbəbdən də, müəllimlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun qəbuluna getməyə, eləcə də Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət ünvanlamağa hazırlaşırlar. Onlar işgüzar nüfuzlarına zərbə vurulduğunu bildirirlər.

Qeyd edək ki, Mülki Prosessual Məcəlləyə görə, mülki mübahisələr adətən cavabdehin yaşadığı və ya fəaliyyət göstərdiyi yer üzrə məhkəməyə təqdim olunur. Əgər direktor müəllimləri məhkəməyə verirsə, iddia olunan müəllimlərin yaşadıqları və ya işlədikləri yer üzrə məhkəmə səlahiyyətlidir. Yəni direktorun başqa rayonda, müəllimlərin iş və yaşayış yerindən uzaq bir məhkəməyə müraciət etməsi, əgər bu rayonla hüquqi əlaqə yoxdursa, o zaman qanunsuz və qeyri-prosessual addım sayılır. Bu halda müəllimlər məhkəməyə etiraz və vəsatətlə müraciət etməlidirlər.

Onu da qeyd edək ki, Lamiyə İlhamsoy jurnalist Sakit Muradovu da təhdid edib, məhkəmələrlə hədələyib və onun işgüzar və şəxsi nüfuzunu zərbə altına qoymaqla təhqiramiz ifadələr səsləndirib. Bütün bunlar bir daha sübut edir ki, Lamiyə İlhamsoy həqiqətən də idarəçilikdən uzaq bir şəxsdir və onun nəinki direktor, heç müəllim kimi işləməsi də doğru deyil. İnanırıq ki, məhkəmə Lamiyə İlhamsoyun iddialarını təmin etməyəcək və bu dəfə də haqq-ədalət qalib gələcək.

TehsilMedia.azшаблоны для dle 11.2

Xəbər lenti
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025
28 07 2025