Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 14:17)
“270 nəfərlik müəssisədə 700 nəfər məhbus var”- Qadın kalonundan şikayət məktubu

“270 nəfər üçün nəzərdə tutulan cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların sayı 700 nəfərə çatır”.
Bu fikirləri Musavat.com-a Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup qadın məhbus tərəfindən göndərilən məktubda yazılıb.
Ötən ay 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyünün uçması nəticəsində bir məhkum dünyasını dəyişmişdi. Həmin hadisədən sonra 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən bir qrup qadın redaksiyamıza müraciət edərək baş verən hadisədən narahatlıqlarını dilə gətiriblər.
Bildiriblər ki, hazırda 4 saylıda da vəziyyət gərgindir və onlar da həyatları üçün təhlükə hiss edirlər.
Məktubda qeyd edilib ki, 270 nəfərlik cəzaçəkmə müəsisəsində məhbusların sayı 700 nəfərə çatır. 6 nəfərlik kameralarda 10 nəfər, 4 nəfərlik kameralarda isə 7 nəfər saxlanılır.
Məhbus xanımlar məktubda hazırda cəzaçəkmə müəssisəsinin həddindən artıq “yüklənməsindən” narahat olduqlarını qeyd edərək yaranmış vəziyyətin rəsmi qurumlar tərəfindən nəzarətə götürülməsini istəyirlər.
Qeyd edilən iddialarla bağlı Penitensiar Xidmətə sorğu ünvanlamışıq. Lakin 1 aydan artıq vaxt keçsə də cavab ala bilməmişik.

шаблоны для dle 11.2

Xəbər lenti
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
16 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025
15 07 2025