Karusel (21-12-2016, 22:14)
İşgəncələrə dözməyən məhbus dilini kəsdi- 13 SAYLI CƏZAÇƏKMƏ MÜƏSSİSƏSİNDƏ
“13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan məhkum Cabbarlı Natiq Vaqif oğlu 2 aydır ki, müntəzəm olaraq müəssisənin rəis müavini Elçin Əlicanov tərəfindən fiziki və mənəvi işgəncələrə məruz qalır”.
Bu haqda Gununsesi.info-ya məhkumun atası Vaqif Cabbarov məlumat verib.
Onun sözlərinə görə, məhkum Natiq Cabbarlı cəza çəkdiyi müddətdə dəfələrlə rəis müavini E.Əlicanov tərəfindən döyülərək karserə salınıb: “Sonuncu dəfə isə oğlum Natiq Cabbarlı E.Əlicanov tərəfindən daha dəhşətli işgəncələrə məruz qalanda isə, özünə qəsd edib. Hazırda Natiqin vəziyyəti çox ağırdır. Onu Pentensiar Xidmətin Bakıdakı Müalicə Müəssisəsinə köçürüblər”-, deyə məhkumun atası bildirib.
Son anda əldə etdiyimiz məlumata görə, məhbus N.Cabbarlı işgəncələrə dözməyərək, dilini kəsib. Hazırda vəziyyəti ağırdır.