Karusel (7-06-2022, 13:40)
11 saylı cəzaçəkmə müəssisəsində QİYAM OLUBMU?
Penitensiar Xidmətin Bakı şəhərində yerləşən 11 saylı cəzaçəkmə müəssisəsində qanlı insident baş verib.
Hadisə müəssisənin işçiləri ilə məhkumlar arasında yaşanıb. Nəticədə bir neçə nəfər ağır xəsarət alıb. Xəsarət alanlardan bəziləri müəssisənin əməkdaşlarıdır. Onların arasında Sərxan adlı mayorun, Sunay adlı mayorun, onun regional idarənin rəisinin köməkçi olduğu deyilir.
Bundan başqa Taleh adlı məmurun, kalon rəisinin növbə hissə köməkçisinin, müəssisə rəisinin köməkçisinin (adlarını öyrənməyə çalışırıq) qanlı insidentdə yaralandıqları iddia edilir.
Qarşıdurma nəticəsində 5 nəfər məhkumun da xəsarət aldığı da deyilir.
Vurğulanır ki, Altay adlı məhkum özünə qəsd edərək boğazını kəsib və hazırda Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib. Məhkumlardan bir neçəsinin də özünə xəsarət yetirdikləri bildirilir.
İnsidentə səbəb kimi müəsissə rəhbərliyinin məhkumlarla kobud davranışı, onlara mənəvi və psixoloji təzyiqlərin edilməsi göstərilir.
Bu barədə Criminal.az-a məhkumlar məlumat veriblər.
İddia edirlər ki, bu günlərdə məhkumları cəzalandırmaq üçün müəssisəyə Ədliyyə Nazirliyinin əməliyyat qrupu göndəriləcək.
Penitensiar Xidmətin rəsmisi Mehman Sadıqov isə məlumatı təkzib edir.
Bildirir ki, sözügedən cəzaçəkmə müəsisəsində heç bir insident olmayıb.
Gununsesi.info

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024