Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-07-2025, 12:18)
Dövlət Dəniz və Liman Agentliyi zərərdən mənfəətə keçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2024-cü ili 563 min manat mənfəətlə başa vurub. Halbuki, Agentlik 2023-cü ili 3,39 milyon manat xalis zərərlə çıxmışdı.

Mediatv.az xəbər verir ki, ötən il Dövlət Dəniz və Liman Agentliyinin kommersiya fəaliyyətindən gəlirləri 7,539 milyon manat (əvvəlki illə müqayisədə 4,3 % çox), digər gəlirləri 6,281 milyon manat (0,6 % çox), əməliyyat xərcləri 6,755 milyon manat (9,8 % çox), inzibati xərcləri 6,501 milyon manat (12,7 % az), ümidsiz borclarla bağlı xərclər isə 1 min manat (97,3 dəfə az) təşkil edib. Qurum mənfəət vergisi ödəməyib.

Bu il yanvarın 1-nə Agentliyin aktivlərinin dəyəri 20,989 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,1% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 24,8 % azalaraq 348 min manata düşüb, balans kapitalı isə 2,8 % artaraq 20,64 milyon manata çatıb.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi Prezident İlham Əliyevin “Dəniz nəqliyyatı sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 11 oktyabr 2021-ci il tarixli fərmanına əsasən yaradılıb, publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 6,228 milyon manatdır.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
18 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
17 01 2026
16 01 2026
16 01 2026
16 01 2026