Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (Dünən, 12:06)
“Azərsu” ötən ili 226 milyon manat ZƏRƏRLƏ BAŞA VURUB - HESABAT

“Azərsu” ötən ili 226 milyon manat ZƏRƏRLƏ BAŞA VURUB
“Azərsu” ASC 2023-cü ili də zərərlə tamamlayıb.

FED.az bunu dövlət şirkətinin konsolidə edilmiş illik audit hesabatına istinadən xəbər verir.

Belə ki, şirkət 2023-cü ildə 226 milyon 293 min manat zərər edib.

“Azərsu” ASC 2023-cü ildəki əməliyyat gəlirləri 304 milyon 41 min manata bərabər olub. Bu illik müqayisədə 21 milyon 612 min manat, başqa sözlə 7,6% çoxdur.

Satışın maya dəyəri üzrə xərcləri də 13 milyon 263 min manat və ya 8,9% artaraq 161 milyon 123 min manata çatıb.

Beləliklə “Azərsu” ASC-nin ümumi mənfəəti 142 milyon 918 min manata bərabər olub.

“Azərsu” ASC-nin bu dövrdə inzibati xərcləri 35 milyon 84 min manat, satış və paylama xərcləri 162 milyon 4 min manat, digər əməliyyat xərcləri isə 172 milyon 918 manat təşkil edib. Əməliyyat zərəri isə 227 milyon 88 min manata bərabər olub.

Hesabat dövründə ASC-nin maliyyə xərcləri 472 min manat artaraq 5 milyon 871 min manata, digər gəlirləri isə 5 milyon 462 min manat artaraq 7 milyon 856 min manata yüksəlib.

115 min manat mənfəət vergisi ödənişindən sonra “Azərsu” ASC 2023-cü ili 226 milyon 293 min manat zərərlə başa vurub.

Ötən ilin sonuna “Azərsu” ASC 1 milyard 166 milyon 847 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 124 milyon 771 min manat və ya 9,6% azalıb.

Öhdəliklər son bir il ərzində 159 milyon 929 min manat və ya 24,8% azalaraq 484 milyon 599 min manata çatıb.

Kapitalın həcmində isə artım qeydə alınıb, kapital göstəricisi 35 milyon 158 min manat və ya 5,4% artaraq cəmi 682 milyon 248 min manata yüksəklib.

“Azərsu” ötən ili 226 milyon manat ZƏRƏRLƏ BAŞA VURUB
“Azərsu” ötən ili 226 milyon manat ZƏRƏRLƏ BAŞA VURUB
“Azərsu” ötən ili 226 milyon manat ZƏRƏRLƏ BAŞA VURUB

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024
17 12 2024