Sosial (24-06-2022, 19:05)
Bakı Sağlamlıq Mərkəzinin yığılmış zərəri 25 milyon manatı keçib
Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2021-ci ili 5,416 milyon manat zərərlə başa vurub.Bu, 2020-ci illə müqayisədə 19,5 % azdır.
Son nəticədə BSM-nin yığılmış zərəri 27,5 % artaraq 25,1 milyon manata çatıb.
Ötən il BSM əvvəlki illə müqayisədə 37,6 % çox – 21,32 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 24,9% çox – 17,169 milyon manat, inzibati xərcləri 0,1 % az - 7,842 milyon manat, sair əməliyyat xərcləri 2,8 dəfə çox - 1,725 milyon manat təşkil edib.
Bu il yanvarın 1-nə BSM-in aktivləri 51,358 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8,8 % azdır. Hesabat dövründə qurumun öhdəlikləri 2,5 dəfə artaraq 744 min manata çatıb, balans kapitalı isə 9,7 % azalaraq 50,614 milyon manata düşüb.
Xatırladaq ki, BSM Prezident İlham Əliyevin 6 avqust 2010-cu il tarixli sərəncamı əsasında inşa olunub, 17 mart 2014-cü il tarixində istifadəyə veriib. Mərkəzi publik hüquqi şəxsdir. Onun nizamnamə kapitalı 75,714 milyon manatdır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
27 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025
26 11 2025


























