Sosial (Dünən, 21:39)
BAŞ REDAKTOR ÖLÜMLƏ HƏDƏLƏNDİ-AİDİYYATI QURUMLARA MÜRACİƏT ETDİ

Tehsilmedia.az saytının baş REDAKTORU ÖLÜMLƏ HƏDƏLƏNDİYİNƏ GÖRƏ AİDİYYATI QURUMLARA MÜRACİƏT ETDİ.
Baş tredaktor özünün sosial şəbəkəsində ölümlə hədələndiyinə görə AİDİYYATI qurumlara müraciət etdi.
MÜRACİƏTDƏ DEYİLİR:
Əziz dostlar, dəyərli həmkarlar! Mənə qarşı yönələn təhqir və təhdid dolu zəngin kim tərəfindən edildiyi məlum oldu. Gecənin yarsı mənə zəng vuran 051 920-23-20 nömrənin sahibi, məni ölümlə hədələyən şəxs 201 saylı tam orta məktəbin direktoru Afaq Əliyevanın oğlu Ayxan Əlizadə imiş. Qeyd edim ki, Afaq Əliyevanın qanunsuz əməlləri, işçilərini təhdid və şantaj etməsi, dövlət əmlakını mənimsəməsi ilə bağlı səs yazıları məhz Tehsilmedia.az saytında yayımlanıb. Görünür Afaq Əliyevanın oğlu da anası kimi təhdid dili ilə danışmağı, hədələməyi sevir. Hələ üstəlik, bu şəxs İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşıdır. Yəqin ki, çox hörmətli Mikayıl Cabbarov öz tabeliyində çalışan bu şəxsin hansı işlərlə məşğul olduğunu öyrəndikdə onun haqqında müvafiq ölçü götürəcək. Eyni zamanda hüquq-mühafizə orqanları da məni təhdid edən şəxslə bağlı lazımı araşdırmalara başlayacaqlar. Müstəqil, azad bir ölkədə yaşayırıq, bütün məsələlər qanun çərçivəsində həll edilir. Belə olan halda bir jurnalisti təhqir və təhdid etməyin nə demək olduğunu yəqin ki, Afaq Əliyevanın oğluna izah edəcəklər.
Qeyd edim ki, hazırda Afaq Əliyevanın qanunsuzluqları ilə bağlı Elm və Təhsil Nazirliyi, eləcə də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) tərəfindən araşdırma aparılır. Ancaq Afaq Əliyeva ilə bağlı bir neçə məhkəmə prosesi olduğu üçün nazirlik hələlik araşdırmaları dayandırıb. Qanuna görə, məhkəmə çəkişməsi varsa, o zaman aidiyyatı qurum araşdırmanı dayandırmalıdır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
16 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
15 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025
14 06 2025