Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 17:49)
Baş redaktor Prezidentə müraciət etdi

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya

Surəti: Azərbaycan Respublikasının baş prokuroru cənab Kamran Əliyevə

Surəti: Azərbaycan Respublikasının Daxili işlər naziri cənab Vilayət Eyvazova

Nyus.az xəbər portalının baş redaktoru Məmmədov Arif Qabil oğlu tərəfindən

AÇIQ MÜRACİƏT



Möhtərəm cənab Prezident!

Çox hörmətli Birinci Vitse-Prezident!

Tərəqqipərvər Azərbaycan jurnalistləri dövlətimizin ölkədə söz azadlığı üçün yaratdığı şəraitdən məmnundurlar və Sizin media cameəsinə qayğılı münasibətinizi təqdir edirlər. Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında imzaladığınız Sərəncam bu qayğılı münasibətin növbəti əyani sübutudur.

Buna baxmayaraq, jurnalistlər öz peşə fəaliyyətlərini həyata keçirərkən hələ də maneələrlə üzləşir, bəzi şəxslər tərəfindən təhdid olunurlar. Belə ki, 12 may 2025-ci il tarixdə “Nyus.az” saytında “Kafe “Çinar”ın görünməz budaqları və ya Nəsimi RİH-nin görməyən məmurları” sərlövhəli məqalə təqdim olunmuşdur. Məqalədə söhbət Bakı şəhəri Nəsimi rayonu, Mir Cəlal küçəsi - 254 ünvanla Həsən Seyidbəyli küçəsinin kəsişməsində yerləşən “Çinar” restoranının arxasında qanunsuz kabinetlərin inşa edilməsindən, Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulmasından, bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də görməzdən gəlməsindən gedib. Nəzarətedici qurumların vəzifəli şəxslərinin sahibkara əlavə qazanc gətirəcək həmin qanunsuz kabinetlərin inşasına göz yumması qınanmışdı Həmçinin, redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağımız vurğulanmışdı.

Həmin məqalə internetdə yerləşdiriləndən az sonra 055 2480507 mobil nömrə ilə zəng vuran və adının Nahid olduğunu deyən şəxs məhz həmin tənqidi yazıya görə saytın baş redaktorunu ölümlə hədələmişdir.

Odur ki xahiş edirəm, “Nyus.az” saytının baş redaktoru olaraq mənim həyatımı təhdid edən və real hesab etdiyim təhlükədən qorunmağım üçün tədbirlər görülməsinə dair güc strukturlarına göstəriş verəsiniz.

Qabaqcadan minnətdarlığımı bildirirəm.

Hörmətlə,

“Nyus.az” xəbər portalının baş redaktoru: Arif Məmmədov

12 May 2025-ci il.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
12 05 2025
11 05 2025
11 05 2025
11 05 2025
11 05 2025