Təhsil (10-10-2023, 17:29)
"Yeraltı qanunlar"la idarə olunan, direktoru özünü "kriminal avtoritet" kimi aparan 201 saylı məktəbdə nə baş verir? - ŞOK İDDİA -FOTO + VİDEO

TehsilMedia.az xəbər verir ki, Svetlana Hüseynova direktor Afaq Əliyevanın məktəbi özünün biznes subyektinə çevirdiyini, dövlətin küllü miqdarda malını mənimsədiyini iddia edir. Onun sözlərinə görə Afaq Əliyeva 5 və 6-cı siniflərdə oxuyan şagirdlərin sayını saxta yolla artırmaqla küllü miqdarda büdcə vəsaitini mənimsəyir. Bundan başqa dərsə gəlməyən şagirdlərdən pul alaraq onlara qiymət yazdırır. Bundan başqa iddialara görə, direktorun qanunsuzluqları və özbaşınalıqları barədə açıq-aşkar danışan müəllimləri "şərəfsiz" adlandıraraq onları təhqir etməkdən çəkinmir.
Svetlana Hüseynovanın iddiasına görə, direktor Afaq Əliyevanın göstərişinə əsasən 8r sinfinin sinif rəhbəri Valeh Cəbrayılov dərslərdə iştirak etməyən Məcid Nəsibov adlı şagirdə fənn müəllimlərinin əvəzinəsaxta qiymətlər yazıb. Əvəzində isə rüşvət almaqla məsələni ört-basdır ediblər. Lakin fənn müəllimləri Məcid Nəsibov adlı şagirdi tanımadıqlarını və sözügedən qiymətləndirmənin onlara məxsus olmadığını bildirirlər. Svetlana hüseynova daha öncə direktor əvəzi işləyən Rəhilə Məmmədovanın da Qazaxısrtanda yaşayan şagirdi Həbib Muradovunadının 10r sinfinin jurtnalında saxlanmasına göstəriş verərək büdcədən 2 min manata qədər vəsaitin mənimsənilməsinə şərait yaradıb. Direktor müavini işləyən Svetlana Hüseynova bütün bu özbaşınalıqlarla bağlı Elm və Təhsil naziri Emin Əmrullayevə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya və digər aidiyyatı qurumlara müraciət edib. Ümid edirik ki, səsləndirilən iddialarla bağlı 201 saylı orta məktəbdə aidiyyatı qurumlar tərəfindən ciddi araşdırma aparılacaq və qanunpozuntuları aşkarlanacağı təqdirdə vciddi ölçü götürüləcək.
Xatırladaq ki, Bakı şəhəri, Nizami rayonu, 201 nömrəli tam orta məktəb 1964-cü ildən fəaliyyət göstərir. Məktəbdə tədris Azərbaycan və rus dillərində həyata keçirilir. 2012-ci ildə məktəb “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olub.
P.S. Yazıda səsləndirilən iddialarla bağlı adıçəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq!

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025