Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (16-09-2024, 16:57)
Rektorun Fransa sevgisi: - Vazeh Əsgərov 1 milyonluq noutbuk alır

Rektorun Fransa sevgisi:
Azərbaycanla Fransa arasında bütün müstəvilərdə gərginlik olduğu bir zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) təhsil ocağının nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetini (UFAZ) gücləndirmək qərarına gəlib. Tribunainfo.az xəbər verir ki, bu məqsədlə universitet avadanlıqların (İT üzrə) satın alınmasını hazırlaşır.
Rəsmi qaynaqlarda qeyd edilir ki, bu məqsədlə təhsil ocağı tələbələrə 250 ədəd noutbook almaq fikrindədir. Elan edilmiş tenderə əsasən ADNSU həmin noutbukların alınmasına 1.052.031,31 manat xərcləməyi planlaşdırır.
Qeyd edək ki, univeristet rəhbərliyinin 250 ədəd noutbuk üçün bu qədər böyük pul xərcləməyə razı olması bir qədər şübhəlidir. Çünki bu heç də kiçik olmayan məbləğdir. Universitet tələbələr üçün daha optimal qiymətə və ucuz noutbuklar ala bilər.
Digər tərəfdən, Azərbaycanla Fransa arasında demək olar ki, siyasi problemlər var. 44 günlük müharibədən sonra açıq şəkildə Azərbaycana qarşı mövqe tutan və bir sıra qərəzli bəyanatlar səsləndirən Parislə münasibətlərin indiki mərhələsində ADNSU-nun “Azərbaycan-Fransa Universiteti”ni gücləndirməsi də başadüşülən deyil. Halbuki rəsmi Bakı ölkədə fəaliyyət göstərən Fransa məktəbini belə bağlamaq addımı atmışdı.
Qeyd edək ki, ADNSU-nun hazırda rektoru Vazeh Əsgərovdur. Tribunainfo.az xəbər verir ki, o, ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) icraçı direktoru olub. Görünür, rektor köhnə işindən dolayı UFAZ-a pul ayırmaq qərarına gəlib.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024