Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-08-2024, 16:16)
“Brilliant Dadaşova babamın yasına da gəlmədi”

brilliant-dadasova-babamin-yasina-da-gelmedi


Mediatv.az  xəbər verir ki, o, babasının ömrünün son illərində Xalq artisti Brilliant Dadaşova ilə küsülü olduğunu açıqlayıb.

Müsahibənin həmin hissəsini təqdim edirik:

- Mirzə Babayevin elə bir dövrü olub ki, çox məşhur olub, filmlərə çəkilib. Yaşlanandan sonra sanki bir qədər geri çəkildi. Hətta deyirdilər ki, onu sonradan Brilliant Dadaşova “Kinoklub” verilişində efirə çıxardı.

- Brilliantla elə bu sözlərinin üstündə mübahisəm olub. Çünki kimsə ona belə qalmaqallı sual vermişdi, o da təxminən, cavabı siz deyən kimi təsdiqləmişdi. Ancaq hamı bilir ki, Mirzə Babayevə həmişə tələbat olub. Əksinə, mən sizə deyim, 90-cı illərdə Brilliant veriliş aparanda özü, belə deyək də, babamdan yapışmışdı. Çünki o vaxt verilişin reytinqini qaldırmağa çalışırdı. Yəni əksinə, o Mirzə Babayevdən öz məqsədləri üçün istifadə edirdi. Ancaq müəyyən mənada sizin sualınızda da haqlı məqam var. Babamın karyerasının bir dövründə boşluq olub. Bu da daha çox SSRİ-nin dağılması ilə bağlı idi. Lakin yaradıcı böhran olmayıb.

- Kənardan Brilliant xanımı çox istədiyi hiss olunurdu. Münasibətləri necə idi?

- Son illər danışmırdılar. Hətta Brilliant xanım babamın yasına gəlməmişdi.

- Səbəb nə idi?

- Babam hisslərini səmimi şəkildə ifadə eləyirdi. Sevəndə də səmimi sevirdi, söyəndə də. Ola bilsin ki, aralarında nəsə olmuşdu. Nəvələrinin içində ən şuluq mən olmuşam. Deyirdi ki, çıx get burdan, mənim belə nəvəm yoxdur. Bir neçə gün sonra heç nə olmamış kimi zəng eləyirdi ki, neynirsən, axşam gəl, filan yerə gedək. Pisliyi içində saxlamırdı. Mən bilirəm, onların arasındakı mübahisə nəyin üstündə olub. Hansısa kanaldan çəkilişə çağırıblar. Babamın da fonoqram oxumaqdan zəhləsi gedirdi. Ancaq həmin gün nə isə çıxılmazlıq olub, musiqiçi olmayıb. Mirzə müəllim də Brillianta zəng eləyib, deyib musiqiçin, qarmonçalan Ənvərə de, mənimlə gəlsin, canlı musiqilər ifa edim. Brilliant da deyib ki, Ənvər mənə lazımdı, biz axşam toya gedirik. O da inciyib Brillinatdan.

- Bu inciklikdən nə qədər sonra rəhmətə getdi?

- Hardasa 3-4 il sonra. Bu illər ərzində də onlar danışmayıblar. Bu yaxınlarda, İcimai Tv-də Mirzə Babayevə həsr olunmuş bir veriliş idi, orada mən Brilliant xanımla görüşdüm. Yaxınlaşıb məndən üzrxahlıq elədi.

- Yasına gələ bilmədiyinə görə?

- Xeyr. O elə bilmişdi ki, mən bibimin oğlu Ülviyəm. Brilliant Ülvinin toyunda oxuyub. Onda yaxınlaşdı mənə, dedi ki, çox üzr istəyirəm, adınız yadımdan çıxdı, sizin toyunuzda oxumuşam, o kaseti mənə verə bilərsiniz? Dedim ki, siz məni Ülvi ilə səhv salmısınız.





шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024