Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (Bu gün, 19:03)
Rayon yiyəsiz, Zahid Xəlilov... VİDEO

Rayon yiyəsiz, Zahid Xəlilov...  VİDEO



Asif Əsgərov ötən il sentyabrın 1-də keçirilmiş növbədənkənar VII çağırış Milli Məclisə seçkilərdə deputat seçiləndən sonra dövlət başçısının sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi. O vaxtdan Nəsimi RİH-nin başçısı kreslosu boşdur. Həmin vəzifəni RİH başçısının müavini Zahid Xəlilov icra edir. Özü də necə?!
RİH aparatında vətəndaşların qəbulu ilə məşğul olan, müraciətlərinə baxan yoxdur. Digər müavinlər də hərə öz bildiyini edir, Xəlilovun sözünü eşidən yoxdur. Amma o da az bilmir, zəhmətsiz gəlirlərin əsas mənbəyi olan tikintiyə nəzarət sahəsini ələ keçirib. Bu işdə Xəlilovun ən yaxın silahdaşı RİH-nin memarı Ələskər Rüstəmovdur. Əslində onların qeyd olunan müstəvidə işləri iş görməməkdən, daha doğrusu, qanunsuz tikililəri apran şəxslərə “səni görmüşük, sən də bizi gör” deməkdən və göz yummaqdan ibarətdir. Yox, imanımızı yandıra bilmərik, özbaşına, Tikinti Məcəlləsini tələblərinin müşayiəti ilə inşaat həyata keçirənlərə “çətir” tövsiyə edirlər. Öz himayələrini deyil, tanıdıqları və digərlərindən fərqli olaraq “həssas” yanaşdıqları qazilərin himayəsindən istifadə etməyi təklif edirlər. Belə ki, qanunsuz tikililərin inşa edildiyi sahələrə yolu düşən jurnalistləri, ictimaiyyət nümayəndələrini məhz həmin qazilər sinələrini qabağa verərək qarşılayır, “mən vuruşmuşam, mən döyüşmüşəm, mənə hər şey olar” deyib hay-küy salırlar.
Nəsimi rayon Cavadxan küçəsi 31 ünvanda tikilməkdə olan yeni hündürmərtəbəli bina ilə yolun arasındakı yaşıllıq zolağının məhv edilməsi ilə müşayiət olunan qanunsuz obyekt tikintisi həyata keçirilir. Öyrəndiyimkiz qədərincə, sözügedən obyektin inşasına görə icazə alınmayıb. Bu isə Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinin pozulması deməkdir. Bu naqisliyi Nəsimi Rayon İcra Hakimiyyətinin də, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin də, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin də, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq Ərazi İdarəsinin də görməmələri qeyri-mümkündür.
Xatırladaq ki, yaxın bir müddət öncə internet resurslarında Zahid Xəlilovun Cavadxan küçəsi 38 ünvanını satması barədə məlumat yayılmışdı.
Redaksiya olaraq, müvafiq qurumların aşkarladığımız qanunsuzluğa münasibətlərini rəsmi sorğu məktubları ilə öyrənməyə çalışacağıq.
Mövzuya qayıdacağıq.

Nisa ŞİRVANLI

Nyus.Az

шаблоны для dle 11.2

Xəbər lenti
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
1 05 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025