Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (Bu gün, 16:24)
"İzmir" klinikasında pasiyenti bu hala saldılar-FOTOFAKT

media-izmir


Bakıda  İzmir klinikasında estetik əməliyyat etdirən qadın ağır xəstəliyə düçar olub.

media-7222

Yenixeber.org: Özünü həkim kimi təqdim Sadiq Durmuşov şikayətçinin üzündə qüsürlar yaratdı?

Redaksiyamıza müraciət edən Bakı sakini Bakdəmirova Nərgiz sosial şəbəkədə estetik prosedurlarla bağlı reklam görərək Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən  “İzmir klinikası” na müraciət edib.  İzmir klinikasında estetik həkim kimi özünü təqdim edən Sadiq Durmuşov 500 manat məbləğində şikayətçini üzgərmə proseduru edib.

Prosedurdan sonra  Nərgiz Bakıdəmirova üzündə şiddətli agrılar və şişkinlik olması ilə bağlı Sadiq “doktora” yenidən müraciət edib, Sadiq Durmuşovun  ona müəyyən dərmanları qəbul olumasını və agrılar və şişkinlik bir müddət sonra kecəcyini bildirib. Daha sonra “doktor” Sadiqlə və asistenti  Minayə adlı xanıla davamlı əlaqə saxlasamda telefon zənglərimə cavab vermədilər.

media-733

Şikayətçi qeyd edir ki, bu günədək üzümdəki yaranan qüsürlar və  ödəm olduğu kimi qalıb. Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət olunduqdan sonra Sadiq Durmuşov şikayətçiyə ödədiyi 500 manatı qaytarıb və əlavə 200 manat pul verib ki, şikayət etməsin.Lakin bu günədək Bakdəmirova Nərgiz bildirir ki, üzümdə olan qüsürlar keçməyib və digər həkimlərin bildirdiyinə görə,  üzdə sinirə toxunulduğundan qüsürlar yaranıb.  Sadiq Durmuşovun apardığı estetik əməliyyatdan sonra məndə  ağır fəsadlar qalıb və bu fəsadların düzəlməsi mümkün deyil deyə şikayətçi bildirib.  Bununla bağlı  tibbi ekspertizasının rəyində qeyd olunub ki, üzün sol tərəfində ödəm, aseptik iltihab qeyd olunur.

media-177

Məsələ ilə bağlı İzmir klinikası ilə əlaqə yaratdıq, klinikadan bildirilib ki,belə pasiyentimiz olmayıb və Sadiq Durmuşov adlı şəxs bizdə işləməyib.

Şikayətlə bağlı Sadiq Durmuşovla əlaqə saxlasaqda o açıqlama vemək istəmədiyini bildirərək telefonunu qapatdı.

Araşdırmamızla məlum olmuşdur ki Sadiq Durmuşov  Nərimanov rayonu, İ.Həsənoğlu 120 ünvanında yerləşən  “İzmir” klinikasının rəhbəridir və hüquq-mühafizə orqanlarına verdiyi izahatında özü bunu təsdiq edib.

media-izmir

Qeyd edək ki,  Sadiq Durmuşovun   Səhiyyə Nazirliyinin və Elm və Təhsil Nazirliyinin məlumat bazasında ali tibb təhsil olması barədə məlumat yoxdur həmçinin  sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni o heç bir ali tibbi təhsili, tibbi sertifikata və lisenziyaya malik  olmadan estetik prosedur həyata keçirib.

Bəs görəsən İzmir klinikasında həkim olmayan rəhbər necə estetik prosedur həyata keçirir. Bu məsələ isə hüquq-mühafizə orqanlarının işidir.

Qeyd edək ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.(xalq.az)

Yazıda adları keçənlərində fikirlərini dərc etməyə hazırıq.


шаблоны для dle 11.2

Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
29 04 2025
29 04 2025
29 04 2025