Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (Bu gün, 12:10)
245 saylı məktəbin direktoru Arzu Azadəliyevanın məktəb kollektivinə “bayram hədiyyəsi”

Dövlətimiz insanların bayram əhval ruhiyyəsini yüksəltmək üçün maaşların verilməsini tezləşdirdi. Lakin 245 saylı məktəbdə direktor kollektivin bir sıra müəllimlərindən “qisas” aldı.  

"Azərbaycan Reallığı" xəbər verir ki, Dəfələrlə müəllimlərin etibarsızlığından şikayətlənən direktor 21 fevralda hava şəraitinin pis olması ilə əlaqədar işə gələ bilməyən bəzi müəllimlərin heç bir xəbərdarlıq edilmədən iş gününə düşən maaşının  tutulması barədə sərəncam verdi.  

Baxmayaraq ki, Təhsil Nazirliyi hava şəraitini nəzərə alaraq müəllim və şagirdlər üçün anlayışlı yanaşmanın tətbiq olunmasını tövsiyə etmişdir. Həmin çovğun günlərində məktəbdə istilik sistemi işləmədiyindən şagirdlər də məktəbə gəlmirdilər. 

Belə şəraitdə məktəbə gəlib, lakin soyuqda məktəbdə qala bilməyən müəllimlərin də maaşı tutuldu. Lakin həmin direktor Əmək məcəlləsinin 107-ci maddəsini pozaraq müəllimləri heç bir ödəniş etmədən bazar günü olimpiadaya nəzarət və başqa məktəbdən kənar tədbirlərdə işlətməkdən çəkinmir.  

Bu kimi qərarlar müəllimlərin əmək hüquqlarına zidd olmaqla yanaşı, təhsilin keyfiyyətinə və müəllimlərin sosial rifahına mənfi təsir göstərir. Hava şəraitinin əlverişsiz olduğu günlərdə işə gəlmək mümkün olmadığı halda və müəllimlərin dərs saatlarını sonradan keçmək imkanı olduğu halda onların maaşlarının tutulması ədalətsiz və qeyri-qanunidir.    

 Bu azmış kimi direktor 7 martda gələn yoxlamanın aşkarladığı bütün neqativliyi yenə də müəllimlərə yüklədi. Gələn yoxlama jurnalların vaxtı-vaxtında yazılmadığını, bəzi müəllimlərin ümumiyyətlə dərsə girmədiyini, yəni şagirdlər tərəfindən tanınmadığını və s. faktları aşkarlasa da yenə də təqsir zəif bəndə- müəllimlərə yükləndi və bayramqabağı bir qrup müəllim töhmət aldı. 

Yoxlamadan sonra çağrılan Pedaqoji şurada müəllimlər aşağılandı, onlar buildinqə məruz qaldılar. Halbuki bu hallar direktorun vəzifə və öhdəliklərini düzgün yerinə yetirməməsi ilə əlaqədar idi.  

Ümumiyyətlə, Arzu Azadəliyeva kollektivlə həmişə kobud rəftar edib, xüsusi ilə də 220 saylı məktəbə təyin olunub sonra təyinatı ləğv olunanda sonra daha da aqressivləşib. Tez-tez işlətdiyi umu- küsü ifadəsi isə belədir ki, mən hər kəsi tanıdım. Amma bu xanım bilməlidir ki, kollektivdə iş şəxsi münsibətlərə və baxım-görüm münasibətlərinə görə deyil sağlam iş prinsiplərinə görə qurulmalıdır. 

Direktorun kobud rəftarı məktəbdəki digər müavinləri də ruhlandırır. Məktəbin təchizat işləri üzrə direktor müavini gələn yoxlama tərəfindən STEAM otağının avadanlığının bərbad vəziyyətini aşkarladıqdan sonra müəllimləri aşağılayan və təhqir edən amiranə ifadələrlə məktəbin sosial şəbəkəsində çıxış edib.  

Öz işini düzgün təşkil edə bilməyən müavin təqsirkar axtarır. Bu cür hallar yalnız ədalətsizlik yaratmır, həm də təhsil mühitində qeyri-sağlam atmosfer formalaşdırır. Müəllimlər üçün haqsız töhmətlər, onlara qarşı yönələn buildinq onların motivasiyasına və işgüzar nüfuzuna mənfi təsir göstərir. 

Sonda bir də onu nəzərinizə çatdırmaq istəyirəm ki, məktəb istər şagird axınına görə, istərsə də təhsil nəticələrinə görə Respublikada daima ön sıralarda gedib. Belə ki, 11-ci siniflərin buraxılış imtahanlarının nəticələrinə görə şagirdlərin 41%-i 200-dən yuxarı nəticə göstərib.  

Bu da məktəbin savadlı və zəhmətkeş müəllimləri hesabınadır. Lakin bu nəticəyə görə müəllimlərə müdiriyyət tərəfindən quru təşəkkür belə edilməyib.Yazını çox yzun olub, oxunaqlığı azalmaması üçün qısa şəkildə yazdım. İnanıram ki, müvafiq qurumlar araşdırsalar məktəbin idarə olunmasında daha çox neqativ hallar aşkarlanacaq. 

Məsələn, Arzu Azadəliyevanın məktəbi necə öz biznesinə çevirməsi kimi. İnanıram ki, əlaqədar qurumlar bunu özləri aşkarlayacaqlar və mənə bunu sosial şəbəkələrdə açıqlamaq zəhmətini verməyəcəklər. 

İmza: Məktəbin biologiya müəllimi Dilşad Nağıyeva
Əlaqə nömrəsi 051 864 72 62

Mələsə ilə bağlı 245 saylı məktəbin (012) 371 39 57 nömrəsi ilə əlaqə saxlamağa çalışsaqda zənglərmizə cavab verən olmadı. Buna baxmayaraq Qarşı tərəfin açıqlamasını dərc etməyə hazırıq  

шаблоны для dle 11.2

Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025