Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Problem (7-05-2014, 15:52)
“Mətanət, bunu sənə yaraşdırmadım“

“Mətanət, bunu sənə yaraşdırmadım“

ATV-nin aparıcısı Mətanət Əliverdiyevanın “Gündəlik” verilişində “Onu bağışlamaq olarmı?” mövzusu müzakirəyə çıxarılıb.

 

Mediatv.az-ın məlumatına görə, sənət adamlarından danışan aparıcı “Brilliant Dadaşova deyir ki, Aygünün əlindən tutub səhnəyə gətirmişəm", "Brilliant Dadaşova ilə Zülfiyyə Xanbabayeva bir-birini gördü, amma salamlaşmadılar” sözlərini işlədib. Bu xəbərlər xalq artisti Brilliant Dadaşovanı özündən çıxarıb. Canlı efirə telefonla bağlanan B.Dadaşova aparıcıya bunları deyib:
“Mətanət, sənə bunu yaraşdırmadım. Sən hörmət etdiyim insansan, ağıllısan, səviyyəlisən. Zülfiyyə mənim canımdır. Heydər Əliyev Sarayında “Bakılı oğlanlar"ın konsertinə getmişdik - o öz yoldaşı, mən də özümünkü ilə. Orada iki min insanın arasında kimisə tapmaq çox çətindir. Hamımız bir tikə çörək qazanırıq. Bunu şeytanlaşdırmamalıyıq. Zülfiyyə həmin gecə mənə zəng etdi ki, harda idin, səni görmədim. Odur ki, bizə "küsülü" kəlməsini yaraşdırmasınlar. İstəməzdim ki, hər gördüyünü verilişində dilə gətirəsən. Bayaq dedin ki, kiminsə əlindən tutub səhnəyə gətirmişəm. Mən heç vaxt elə söz işlətməmişəm. Beş il ərzində fürsət tapıb verilişimdə sənət dostlarımı tərifləmişəm. O tərifimin arxasınca məni pisləyiblərsə, onları uzaq tutmalıydım. Məni kinli hesab edirlər. Bu mənim üçün çətindir”.
M.Əliverdiyeva isə xalq artistinə cavab "bunlar “ATV maqazin” verilişinin aparıcısı Nərgizin süjetində yer alıb. Mən də aydınlıq gətirmək istədim” deyə cavab verib.
Sözügedən verilişin aparıcısı Nərgiz Vahabqızı da Brilliant Dadaşovanın sərt reaksiyasına münasibət bildirib:
“Brilliant xanım, illərlə maqazin verilişində işləmişəm, sizdən süjetlər hazırlamışam. Bizim əlimizdə video var, kadrların şahidiyik. Aşkar görünür ki, insanlar bir-birini görür və salamlaşmır. Mən tamaşaçıları necə aldadım?”. 
Xatırladaq ki, “ATV maqazin” verilişində B.Dadaşova və Zülfiyyə Xanbabayevanın “Bakılı oğlanlar” tamaşasında qarşılaşdığı, amma bir-biri ilə salamlaşmadığı anın əks olunduğu video yayımlanmışdı.
шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024