Karusel (Bu gün, 16:19)
Gömrükçülər vətəndaşın 25 min dollarlıq saatını yoxa çıxarıb - ŞİKAYƏT

Redaktor.az-ın elektron poçtuna Gəncə şəhər N.Nərimanov küçəsi, ev 409-da yaşayan Əliyev Şahin Bəhrəm oğlu tərəfindən şikayət məktubu daxil olub.
Şikayətçi Heydər Əliyev adına Bakı hava limanında gömrük işçilərinin özbaşınalıqlarından və uzun müddətdir ki, ona vurulan maddi və mənəvi ziyandan yazıb.
Şahin Əliyev müraciətində qeyd edib ki, ulu öndər Heydər Əliyev tərəfindən qurulmuş və Prezident İlham Əliyevin uğurla idarə etdiyi hüquqi demokratik dövlətdə yaşayırıq.
"Lakin bəzi məmurlar qanunları, Ali Baş Komandanın göstəriş və tövsiyyələrinə zidd əməllər edərək, mənə yəni dövlətini, xalqını və millətini sevən, müharibə və polis veteranına qarşı küllü miqdar maddi və mənəvi ziyan vurublar.
Bildirirəm ki, 26.09.2023-cü il tarixində Dubay-Bakı reysi ilə gələrkən Heydər Əliyev adına Bakı hava limanında gömrük işçilərinin vəzifədən sui-istifadə etmələri və özbaşınalıqları nəticəsində qolumdan zorla (cinayətkarcasına) 25,000 ABŞ dolları dəyərində qol saatı alınaraq anbara qoyulub. Dəfələrlə müraciət etdikdən sonra mənə bildirildi ki, saat anbardan oğurlanıb və bu barədə Gömrük İdarəsində təhqiqat araşdırması aparılır. 4 ay (qanunla 10 gün olmalıdır) təhqiqat araşdırması aparıldıqdan sonra cinayət işi başlanması üçün material AR Baş Prokurorluğuna göndərildi. Bu günə qədər həmin material Baş Prokurorluq tərəfindən araşdırılır və bu barədə AR DİN-in HNBPİ-də 16.03.2024,23.07.2024-cü il, 21.12.2024-cü il Xəzər Rayon Prokurorluğunda 28.03 və 14.05.2024-cü il tarixli Baş Prokurorluqda isə 24.10.2024 və 06.02.2025-ci il tarixli, yəni 7 dəfə qərarlar qəbul olunub, lakin hələ də araşdırma aparılır və baş vermiş cinayət hadisəsi ört-basdır edilir. Görünür ki, bu işdə böyük qüvvələr maraqlıdır. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə də mənə dəymiş maddi ziyan ödənilib. Bu barədə iki dəfə AR DGK-nın sədri Şahin Bağırov və Baş Prokuror Kamran Əliyevin qəbulunda olsam da, heç bir nəticə əldə olunmayıb, əksinə mənə qarşı özbaşınalıq, hədələr və təxribatlar davam edir.
Mənə qarşı baş vermiş aşağıdakı qanun pozuntuları cavabsız qalır:
1. Gömrük işçiləri tərəfindən qolumdan saatım zorla alınıb, yəni xidməti vəzifədən sui-istifadə (soyğunçuluq) edilib.
2. Qanunla məndən alınmış saat ölkədən geri qaytarılması üçün hava limanında saxlanca qoyulmalı olduğu halda, nə üçün karqo anbarına göndərilib.
3. Mən saatı ölkədən geri qaytarmaq üçün ərizə ilə müraciət etsəm də, Gömrük işçilərinin süründürməçilik və özbaşınalığı nəticəsində 1 aydan çox uzadılıb və oğurlanıb.
4. Nə üçün faktla bağlı Gömrük idarəsində təhqiqat araşdırması 4 aya yekunlaşıb (qanunla 10 gün müddətində)
5. Mənim qolumdan saatımın alınması, anbardan oğurlanmasına aid bütün kamera görüntüləri silinib.
6. Bu günə qədər nə mənim saatım qaytarılıb, nə maddi ziyan ödənilib, nə də fakta görə cinayət işi başlanıb, yəni bütün qanun pozuntuları ört-basdır olunub.
Hörmətli sayt rəhbərliyi!
Mən Prezidentim cənab İlham Əliyevlə fəxr edirəm və inanıram ki, ədalət öz yerini tapacaq. Mənim müraciətimin ictimailəşdirilməsini Sizdən xahiş edirəm", - deyə müraciətdə bildirilir.
Qeyd edək ki, şikayətlə bağlı Dövlət Gömrük Komitəsinin elektron poçtuna 27 fevral tarixində göndərdiyimiz sorğuya iki aydan çoxdur ki, cavab verilmir. Bu da o deməkdir ki, Dövlət Gömrük Komitəsi "Media haqqında" və "İnformasiya əldə etmək haqqında" qanunlara əməl etmir. Bu isə İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsi ilə hüquqi məsuliyyət yaradır.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
30 04 2025
Bu rayonun başçısından ağlasığmaz saxtakarlıq: Görün bir ərazini neçə şirkətə satıblar - FOTOFAKTLAR
29 04 2025
29 04 2025
29 04 2025