Karusel (Bu gün, 08:19)
Keçmiş icra başçıs Avstriyada mebel mağazası açdı

Bu Qubanın keçmiş icra başçısı Ziyəddin Əliyevin Avstriya paytaxtında ötən il açdığı "Belezza" mebel mağazasıdır.
BELEZZA Design & Concept GmbH 2023-cü ilin oktyabrında Vyanada FN 614844 h vergi nömrəsi ilə qeydiyyatdan keçib. Şirkətin 33 faizlik pay hüququ Ziyəddin Əliyevin oğlu Nicat Əlibəylinin, digər 33 faizi onun yaxın adamı Ramin Şükürlünün, qalan 34 faizi isə türk əsilli Avstriya vətəndaşının adına rəsmiləşdirilib, nizamnamə kapitalı 35.000 avrodur və Gumpendorfer küçəsi 128-də fəaliyyət göstərir. Ötən ilin fevralın 3-də həmin ünvanda eyni adlı mebel mağazasının dəbdəbəli açılışı olub.Mediatv.az xəbər verir ki ki, bunu müstəqil araşdırmaçı jurnalist Cavanşir Həsənli öz sosial şəbəkə səhifəsində yazır. Cavanşir Həsənli daha sonra yazır:
Qeyd edək ki, Ziyəddin Əliyevin Avstriyada fəaliyyət göstərən daha bir şirkəti - "S.M.A.N" Business Solutions GmbH 2016-cı ildə qeydiyyatdan keçib və 2023-cü il məlumatlarına görə ümumi aktivləri 6,5 milyon avro təşkil edir. Keçmiş icra başçısı bu şirkəti Çexiyadakı digər bir şirkəti - "AZ SERVIS - NR s.r.o" üzərindən təsis edib.
Ziyaddin Əliyev Ukraynada asfalt zavodunun və bir neçə şirkətin benefissiarıdır, Türkiyədən Ukraynaya müxtəlif inşaat malları ixrac etməklə məşğuldur. Məsələn, C01458122 pasport seriyasının sahibi olan sabiq icra başçısı Lvov vilayətində fəaliyyət göstərən "ALOV TOV" (MMC) üçün material alışını həyata keçirib. "ALOV" LLC Ziyəddin Əliyevin sifarişi ilə onun icra başçısı olduğu illərdə 8429, 8474 və 8479 saylı export kodları ilə 8 təchizatçıdan 77 yük idxal edib. Bu idxalın 44-ü İtaliyadan, 11-i Türkiyədən, 4-ü Almaniyadan, 2 -si Azərbaycandan, 1-i Çindən və 14-ü qeyd olunmayan ölkələrdən həyata keçirilib.



Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025