Problem / Karusel (16-01-2015, 13:30)
Küsülü xalq artistləri üz-üzə gələcək
Məşhur “Big Apple Music Awards 2015” müsabiqəsində mükafata namizəd növbəti azərbaycanlı ifaçılar xalq artisti Brilliant Dadaşova, müğənni-bəstəkar Emin, sənətçi Sevinc Musayeva olub
Bu haqda müsabiqənin rəsmi internet səhifəsində yazılıb. Bundan əvvəl isə namizədlər arasında xalq artisti Aygün Kazımovanın adı açıqlanmışdı.
Uzun müddətdir küsülü olan B.Dadaşova və A.Kazımovanın eyni müsabiqədə yer alması böyük marağa səbəb olub.
Dünyanın bir çox yerindən məşhur simaların qatıldığı yarışmada ən yaxşı ifaçılar mükafata layiq görülürlər. Mükafatlandırma gecəsi iyunun 14-də Nyu-Yorkda baş tutacaq.
Müsabiqənin nominantları arasında Tarkan, Əmir Diab kimi məşhurların da adı yer alıb.
Qeyd edək ki, 2007-ci ildən keçirilən “Big Apple Music Awards” müsabiqəsinə Qafqaz, Orta Şərq və Mərkəzi Asiya ölkələrinin tanınmış müğənniləri qatılırlar.
Ötən il müsabiqədə xalq artisti Brilliant Dadaşova və müğənni İlhamə Qasımova mükafata layiq görülmüşdülər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024