Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (24-07-2024, 13:23)
“Axsayır, həkimlər deyir ki...” - Xəsarət alan xadimə Ağadadaş Ağayevdən təzminat alacaq?

“Axsayır, həkimlər deyir ki...”
Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən “MedEra” klinikasının mühafizəçisi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.

İddia olunur ki, bir neçə gün əvvəl qulağından əməliyyat olunan xalq artisti “MedEra”nın gözətçisindən tibb bacısısını çağırmasını xahiş etsə də, qarşı tərəfin bundan imtina etməsi mübahisəyə səbəb olub. Tərəflər arasındakı gərginlik də məhz bu səbəbdən yaranıb. Daha sonra mübahisə böyüyərək əlbəyaxa davaya çevrilib.

Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub.

Ağadadaş Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağına xəsarət yetirib.

Nəzakət Paşeyavanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə KONKRET.az “MedEra” klinikası ilə əlaqə saxlayıb:

Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, Nəzakət Paşayeva evində müalicə alır:

“Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil”.

Hüquqşünas Nəzakət Paşayevanın təzminat davası aça biləcəyi ehtimalına da aydınlıq gətirib:

“İndi təzminat iddiası ilə bağlı nəsə demək tezdir. Bu mövzu rəhbərlik səviyyəsində müzakirə edilməlidir. Yalnız bundan sonra dəqiq nəsə demək olar”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024