Karusel (7-06-2023, 13:49)
`MedEra` Hospitalda bu dəfə öz işçisi əməliyyat olundu və ÖLDÜ..
Bakıda “Medera” Hospitalında plastik əməliyyat etdirən qadın vəfat edib.
Axar.az-ın məlumatına görə, “Medera” hospitalının plastik cərrahı Günel Bayramlı klinikanın məlumat xidmətinin Aygün adlı əməkdaşını əməliyyat edib.
Əməliyyat olunan xanım iki gün sonra evində ölüb. Onun plastik əməliyyat səbəbindən vəfat etdiyi bildirilir. “Medera” Hospitalının icraçı direktoru Lalə Babayeva da ölüm faktını təsdiq edib. Vəfat edən qadın Göyçayda dəfn edilib.
***
Xəbər verdiyimi kimi, Bakıda “Medera” Hospitalda plastik əməliyyat etdirən qadın vəfat edib.
Axar.az sözügedən hadisə ilə əlaqədar bir sıra faktlar əldə edib.
Bildirilir ki, əməliyyatdan sonra vəfat edən Aygün adlı xanım “Medera” Hospitalda “Resepşn”da işləyirmiş.
O, bir neçə gün öncə elə həmin hospitalda çalışan plastik cərrah Günel Bayramlıya bədən şəkilləndimə əməliyyatı etdirib. Əməliyyatdan sonra xanım özünü narahat hiss etdiyini bildirsə də, həkim buna əhəmiyyət verməyib və xanımı evə buraxıb.
Evdə halı daha da pisləşən Aygün tromplaşmadan dünyasını dəyişib.
Xanım ailəli olub, bir qız övladı var.
Sözügedən məsələ ilə bağlı hospitaldan saytımıza bildirilib ki, Günel Bayramlı hazırda işinə davam edir. Digər suallarımızı isə xəstəxana cavabsız qoyub. //axar.az//
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024