Sosial (20-07-2024, 08:06)
Xanım psixoloqların qadın nifrəti: - “Özü də zamanında elə olub”
“Psixologiya sanki insanın görünən davranışı ilə görünməyən niyyətlərini hesaba qataraq hadisəyə daha fərqli rəngdə baxa bilir”.
Bu sözləri məşhur psixoloq Əfsanə Rüstəmova “Cebhe info”-ya açıqlamasında deyib.
O bildirib ki, psixologiya insanların görünən davranışlarının nədən qaynaqlandığını üzə çıxarır:
“Psixoloq qadınların intuitiv olaraq qurduğu cümlənin hansı fəlsəfəyə, ideologiyaya və çıxara söykəndiyini daha dəqiq müşahidə edilə bilir. Ona görə də psixoloq qadınların xanımları tənqid etdiyi mövzuları daha çox görürük. Amma onlar məsələyə bu cür qərəzli yanaşırlar. Əslində, müsahibəsində xanımları ittiham edən qadın psixoloqların hissiyatları da onların içində gizlidir.
Əgər qadın psixoloq kişiləri gözü açıq olmağa, xanımların onlardan istifadə etdiyinə dair danışırsa, deməli, öz müşahidəsini paylaşır. Yəni o, özünün subyektiv fikrini obyektiv olaraq göstərməyə çalışır. Bəzi qadın psixoloqlar isə hər müsahibədə mütləq şəkildə xanımları tənqid edirlər. Məncə, belə edən psixoloqun özü də zamanında elə olub və ya bənzər fürsəti olub. Çünki içimizdə olmayan hissə dair cümlə qura bilmirik. Hissə dair qurduğumuz cümləni yaşayırmış kimi göstəririksə, deməli, bu hiss içimizdə gizlidir”.
Psixoloqun sözlərinə görə, insan heç vaxt bilmədiyi bir hiss və ya tanımadığı nəsnə barədə emosional danışa bilməz:
“Bir adam hansısa mövzu haqqında emosional və hissiyatlı danışırsa, deməli, onun fitrətində də həmin duyğu var. Ümumiyyətlə, qadın qadın fitrətinin gücünü bildiyi üçün belə danışır. Bütün qadınlar öz güclərinə bələddirlər. İstər yaxşı, istərsə də pis mənada bunu necə istifadə etsə hansı nəticəni əldə edəcəklərini bilirlər. Sadəcə “gücümüzü” ortaya çıxarmaq üçün həm də bəzi şəraitlər lazımdır.
Şəraiti olub “gücünü” ortaya çıxaran qadınlara baxanda buna çatmayanlar qısqanclıq və ya həsəd hissi ilə onlara dair hansısa cümlə qura bilirlər. Lakin qadın qadının düşməni deyil. Sadəcə olaraq qadın qadının hansı gücə sahib olduğunu çox yaxşı bilir. Burada həm yaradılışın verdiyi gücdən, həm də qadının yetişmə dönəmində üstləndiyi obraz və onun verdiyi gücdən söhbət gedir”.
Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, psixoloqa müraciət edən kütlənin daha çox hissəsi qadındır:
“Bunun səbəbi qadının probleminin daha çox olması demək deyil. Bunun bir səbəbi də qadına problemi dilə gətirməyə icazə verən cəmiyyətdə yaşamağımızdır. Qadının psixoloqa gələndə xərclədiyi pulu həyat yoldaşı, sevgilisi, atası və ya qardaşı təmin edir. Kişi isə bu xərclərin hamısını özü qarşılayır. Kişi həm vaxt ayırıb psixoloqa getməli, həm də ona pul ayırmalıdır.
Ona görə də bizim kimi cəmiyyətlərdə kişilərin psixoloqa getməsi lüks sayıla bilir. Əslində ən çox müraciət edənlər uşaqlar, sonra qadınlar və kişilərdir. Bəlkə də kişilər hansısa psixoloqlara daha maraqlı gələ bilər. Onların düşüncələrini öyrənmək istəyə bilərlər. Qadın qadını yaxşı tanıdığı üçün bəlkə də ixtisaslaşma cəhətdən kişilərlə seans ona daha maraqlı ola bilər.
Amma bu, heç bir halda kişinin psixoloqa daha çox pul verəcəyi demək deyil. Əslində psixoloqa daha yaxşı pulu onu qazananda əziyyət çəkməyən uşaqlar və işsiz qadınlar verir”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024