Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (30-05-2024, 13:58)
Psixoloq bu məşhurları tənqid etdi: - “Psixoloji problemləri var”

Psixoloq bu məşhurları tənqid etdi:
“Bəzi məşhurlar onlara edilən bahalı hədiyyələrlə və ya başlarına dollar səpilməsi ilə gündəmə gəlirlər”.

Bu sözləri psixoloq Fərqanə Mehmanqızı “Cebhe.info”-ya açıqlamasında deyib.

O bildirib ki, əsl sənətkarlar belə hallarla gündəmə gəlmirlər:

“Bəlkə onlara da bahalı hədiyyələr verilir, amma bunu mətbuata açıqlamağa gərək görmürlər. Amma səhnədə qalmaq üçün yenilikləri olmayan şəxslər belə yollara əl atırlar. Üstəlik, kütlə də tənqid etməsinə rəğmən, belə hallara maraqlıdır. Yəni kimin kimə nə hədiyyə verdiyi onlara maraqlı gəlir. Hətta insanlar düşünürlər ki, hansısa müğənniyə bahalı hədiyyə verilir və ya başına dollar səpilirsə, deməli, həmin məşhur önəmlidir. Bəzi məşhurlar da bunun sayəsində gündəmdə qalmağa çalışırlar”.

Həmsöhbətimizin fikrincə, aldığı hədiyyələrlə və ya başına dollar tökülməsi ilə gündəmə gələn məşhurları sevən kütlə cahildir:

“Cəmiyyət böyükdür və hər kəs fərqli cür düşünür. Məsələn, mən özümü cahil hesab etmirəm. Ona görə də kiminsə başına dollar tökülməsi və ya bahalı hədiyyə alması mənim üçün əhəmiyyətli deyil. Hətta belə cahil hərəkətlərə baxmaq da mənə xoş gəlmir.

Ümumiyyətlə, canlı yayımda avtomobil hədiyyə edilməsi məntiqsizdir. Əgər kimsə başqa birinə xoş olması üçün hədiyyə verirsə, onu canlı yayımda etməz. Görünür, reytinq üçün verilişlərin aparıcısı da buna şərait yaradır. Təəssüf ki, artıq etik qaydalara riayət edərək gündəmdə qalmağa çalışmırlar. Nə olur-olsun, gündəmdə qalmaq istəyirlər. Bu, bütün peşələrə aiddir. Düzdür, gündəmə gəlmək hədəflərinə nail olurlar. Lakin sevgi və ya sənətlə deyil, tənqid və təhqirlə gündəmdə qalırlar. Onlar üçün necə gündəmdə qaldıqlarının heç bir əhəmiyyəti yoxdur. Bu isə çox bərbad bir şeydir”.

Fərqanə Mehmanqızı həmin məşhurları kəskin tənqid edib:

“Həmin müğənnilərin sənətləri olmadığı üçün belə hərəkətlərlə gündəmdə qalmağa çalışırlar. Əks təqdirdə, yeni mahnıları və klipləri ilə gündəmə gələrdilər. Onlar da ya qalmaqallarla, ya da belə primitiv addımlarla gündəm olurlar. Düşünürəm ki, onlarda natamamlıq kompleksi və özgüvən problemi var. Əgər bir insan natamamlıq kompleksindən əziyyət çəkmirsə, heç vaxt belə addım atmaz. Axı insanın qüruru da olmalıdır. Mənə niyə kimsə avtomobil bağışlamalıdır ki? Şəxsən mən bunu qəbul etməzdim. Çünki mənə hədiyyəni ailə üzvlərim və yaxınlarım verə bilər. Tanımadığım insanın nə həddinədir ki, mənə avtomobil kimi bahalı hədiyyə alsın? Bu, qürur və eqodur. Bunun əksini düşünmək isə zəiflik göstəricisidir. Ona görə də həmin məşhurların psixoloji problemlərinin olduğunu düşünürəm”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024