Ana səhifəBizimlə əlaqə
Binəqədidə bağça ərazisini kimlər satır?
“Mənzər Nurəliyeva Mədəniyyət Nazirliyində korrupsiya ocağı açıb, amma toxunulmazdır” - İTTİHAM VAR...
İlham Əliyev qəbul keçirdi - Fotolar
Prezident Fuad Nəcəflini vəzifəsindən azad etdi - Sərəncam
Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?
Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır?
"Mətanət A" şirkətində xeyli miqdarda pul necə yoxa çıxıb?
Hesablama Palatası sədrinin milyonçu qaynatası YANLIŞ HESAB APARDI VƏ...
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:Nədən Əli Quluzadə?!
Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-07-2024, 10:58)
“Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85” MMC-nin işbirliyinin arxasında nələr dayanır

 “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (51%) və xarici investor “Lancer Services S.A.” Şirkətinin (49%) pay iştirakı ilə 01.03.2006-cı il tarixində təsis edilmiş, 17.04.2006-cı il tarixdə isə hüquqi şəxs kimi dövlət qeydiyyatından keçmişdir.
QSC-nin fəaliyyətinin əsas məqsədi respublikamızın hüdudlarından kənarda və respublika daxilində müasir texnika və texnologiyalardan istifadə edilməklə, ətraf mühitin mühafizəsi istiqamətində ekoloji yönümlü layihələr həyata keçirməkdən ibarətdir. 2009-cu ildə “Ekol Mühəndislik Xidmətləri” QSC-nin 100 % təsisçiliyi ilə “EKOL Veyst Management” MMC və “Interchemservices” MMC yaradılaraq tullantıların idarə olunması sahəsində fəaliyyət göstərməkdədirlər.
Müəssisə öz fəaliyyətini Azərbaycan Respublikasının Ekoloji Qanunvericiliyinin tələbləri çərçivəsində sənaye çirkab, məişət-fekal və tullantı sularının təmizlənməsi, neftşlamın zərərsizləşdirilməsi, neftlə çirklənmiş torpaqların rekultivasiyası və reabilitasiyasının həyata keçirilməsi, antropogen təsirlərin nəticəsində yaranan fəsadların aradan qaldırılması, müəssisələrin fəaliyyətlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, icmalının aparılması, ekoloji texniki-normativ sənədlərin işlənməsi kimi ekoloji yönümlü xidmətlərin göstərilməsindən ibarətdir.
“Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq “Bakı Ağ Şəhər” layihəsinin icrasına qoşulmuşdur. Bu nəhəng layihənin iştirakçısı olaraq QSC “Yaşıl ada” ərazisinin köhnəlmiş neft sənaye obyektlərindən neft şlamının çıxarılması, anbarlaşdırılması və ərazidəki neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini yerinə yetirir. QSC ərazidə neftlə çirklənmiş torpağın çıxarılaraq poliqona daşınmasını, yerinə münbit torpaqla doldurub yaşıllıqların salınmasını təmin edir.
Qeyd edək ki, 2023-cü ilin oktyabr ayına qədər  “Ekol Mühəndislik Xidmətləri” QSC-nin Baş direktoru Ramil Əliyev olub. Sözügedən tarixdən şirkətə rəhbərlik müvəqqəti olaraq Rəşad Mustafayevə həvalə olunub. O, bundan əvvəl “Cənub Qaz Dəhlizi” QSC-nin Baş direktorunun müavini olub və “Ekol Mühəndislik Xidmətləri”ndə hələ ki, Baş direktorun müşaviri vəzifəsinə gətirilib.
Yuxarıda qeyd etdiyimiz kimi “Ekol Mühəndislik Xidmətləri” QSC 2010-cu ildən başlayaraq “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində neftlə çirklənmiş torpaqların təmizlənməsini həyata keçirir. Bu müddət ərzində nə qədər ərazidə nə kimi işlər görülüb QSC nin elektron mediaya verdiyi xəbərlərdə məlumatlar var.
Aktualinfo.org-a verilən məlumatlara görə sözügedən ərazilərdə neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini “Ekol Mühəndislik Xidmətləri” QSC-nin sifarişləri əsasında müxtəlif şirkətlər həyata keçirir. Ötən il QSC-nin Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini “EL-85”  Məhdud Məsuliyyətli Cəmiyyəti udub. Qeyd edək ki, “Ekol Mühəndislik Xidmətləri” QSC sözügedən tenderi dövlət satınalmalarının vahid internet portalında keçirməyib. Bu nə qədər qanunauyğundur aidiyyatı qurumlar aydınlıq gətirər.
Redaksiyanın əldə etdiyi məlumata görə “EL-85”  Məhdud Məsuliyyətli Cəmiyyəti Ağ şəhərdə çirklənmiş torpaqların təmizlənməsini işlərini heç də yüksək səviyyədə həyata keçirmir. Hazırda MMC-nin təmizləyərək üstünü torpaqla örtdüyü yerlərdən yenidən neft tullantıları çıxır ki, bu da məcburən dənizə axıdılır. Bu isə ərazidə çirklənmiş torpaqların yenidən  təmizlənməsini tələb edir. Verilən məlumatlarda həmçinin bildirilir ki, “EL-85” MMC nin heç bir texnikası yoxdur. MMC ağır tonnajlı yük avtomobillərini icarəyə götürür ki, bu da artıq vəsaitin xərclənməsinə gətirib çıxarır. Bundan əlavə avtomobillər çox vaxt məqsədli şəkildə yükü az doldurur ki, bu da gün ərzində 5 reys əvəzinə 10 reys etməsinə gətirib çıxarır ki, buradan da əlavə pullar yazılır. Göründüyü kimi “Ekol Mühəndislik Xidmətləri” QSC ilə “EL-85”  MMC-nin bu işbirliyinin arxasında külli miqdarda dövlət vəsaitlərinin təyinatından kənarlaşdırılması dayanır.

Bütün bunlara baxmayaraq “Ekol Mühəndislik Xidmətləri” QSC növbəti dəfə “EL-85”  Məhdud Məsuliyyətli Cəmiyyəti ilə satınalma müqaviləsi bağlamağı planlaşdırır. Bu müqaviləyə görə “EL-85” MMC Pirallahı rayonunda 45 hektar neftlə çirklənmiş torpaqların təmizlənməsi işlərini həyata keçirməlidir. Ağ şəhərdə üzərinə düşən öhdəliyi yerinə yetirə bilməyən MMC-yə belə böyük həcmili bir işi həvale etmək nə dərəcədə doğrudur?
Burada rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsi, yaranmış çirkli göllər və gölməçələrin təmizlənərək qurudulması, lay sularının bu ərazilərə axıdılmasının qarşısı tamamilə alınması, neft mədənləri ərazisində geniş yayılmış sənaye-məişət tullantıları ləğv edilməsi işləri və ərazidə abadlıq işlərinin görülərək  yaşıllıqların salınması işləri daxildir.
İndi gəlin görək “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyəti bütün yuxarıda sadalanan işləri həyata keçirmək iqtidarındadırmı?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EL-85 Məhdud Məsuliyyətli Cəmiyyətinin 21.10.2022-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ƏHMƏDLİ ŞTQ, 2-Cİ ZEYTUN SOVXOZU , ev 143, m. 2, qanuni təmsilçisi kimi isə Qasımov Elqayıt Nurəddin oğlu qeyd olunub.
Qeyd edək ki, MMC-nin fəaliyyət sferası barədə açıq mənbələrdə heç bir məlumat yoxdu. MMC-nin maddi texniki bazası, işçi qüvvəsi barədə də həmçinin.
Bütün bunlar isə “Ekol Mühəndislik Xidmətləri” QSC tərəfindən keçirilən müsabiqəyə dair maliyyə imkanlarının və oxşar təcrübələrin qiymətləndirilməsinə dair tələblərin “Açıq tender, ikimərhələli tender, qapalı tender və kotirovka sorğusu metodları üzrə təchizatçıların satınalma müqaviləsinin icrası üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, maliyyə imkanlarının və ödəmə qabiliyyətinin olması tələblərinə uyğunluğunun qiymətləndirilməsi meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 494 nömrəli Qərarı tələblərinin pozulması deməkdir.
Araşdırmalarımız davam edir və bir sıra aidiyyatı qurumlardan “Ekol Mühəndislik Xidmətləri” QSC-də yol verilən qanunsuzluqlara münasibət öyrənib mövzuya daha ətraflı bir daha qayıdacağıq.
 

Aktualinfo.org



шаблоны для dle 11.2

Reklam
Ən çox oxunanlar
AAYDA festivaldan gələnlərə XAOS yaşatdı – VİDEO

Leyla Əliyevanın Qəbələdən maraqlı - Fotoları

Elman Nəsirovun oğlu dünya 4-cüsü oldu

Şabranın icra başçısı 2 yerli sakini məhkəməyə verdi - Arpanı alıb, pulunu vermir

Binəqədidə bağça ərazisini kimlər satır?

Yalçın Rəfiyevin yaxınlarına məxsus olan 10 AZN-lik şirkətlərin əldə etdikləri tenderlərin həcmi milyonlarla manatdır - SİYAHI

“Kadr inkişafının monopoliyası və motivasiya defisiti: Adil Kərimlinin müdaxiləsi olmadan bu problem həll edilə bilməzmi?”

Saleh Məmmədovun rəhbərlik etdiyi Agentlikdə toy toya qarışıb: Dəvətnamə 50, masa 500, müğənnilər isə 200 min AZN…

Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi:Oqtay Əsədov həbs oluna bilər

Rəhimə Atəşin klinikası lisenziyasız işləyirmiş

Naziri tənqid obyektinə çevirməyə çalışan Bəxtiyar Qılıncov hansı maraqlara xidmət edir?

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?

Ərməki kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.

• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
15 11 2025
ARTİ, MÜTDA, TKTA... - Təhsil mafiyası kimin əli ilə hərəkət edir?
15 11 2025
Sakitləşdirir, ağrıları azaldır
15 11 2025
 Jurnalistlər NECƏ DOLANACAQ? - heç düşündülərmi?
14 11 2025
Ərməki kəndində növbəti səyyar vətəndaş qəbulu keçirilib.
14 11 2025
Ekologiya Nazirliyinin tabeliyində olan qurum 98 min manatlıq avadanlıq alır – 5 manatlıq şirkət qalib gəldi
14 11 2025
1 milyona ev, 440 minə cip alan rektor bu xanımdan 4 min manatlıq gül aldı - - Fuad Hacıyevin keçmişi və biznes fəaliyyəti
14 11 2025
Rəhimə Atəşin klinikası lisenziyasız işləyirmiş
14 11 2025
"İş axtaranları qul kimi işlədib” - DƏLİXANADIR, VALLAH...
14 11 2025
ETN-dən iki gündə iki tender: 2.5 milyon layihə-smetaya, 9 milyon isə təmirə xərclənəcək
14 11 2025
Keçmiş deputatın oğlu İKZF-ni bahalı maşın sərgisinə çevirib - Fəxri Kazımov biri 160 minə 4 maşın alır
14 11 2025
Özü TENDER KRALI... amma dövlətin VERGİSİNİ ÖDƏMİR!
14 11 2025
Şahin Süleymanov hansı imtiyazlar əldə edərək “Lexus” alıb?-FOTOLAR
14 11 2025
Əfsun Əhmədovun nazir Adil Kərimli ilə işbirliyi:Teatrda nələr baş verir?
14 11 2025
Prezident qəbul keçirdi - Fotolar
14 11 2025
Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 11 2025
“İnam Grop 2024” MMC Üzümçülük və Şərabçılıq İnstitutuna həm təmir, həm də elmi tədqiqat xidmətləri göstərir -BU NƏDİ BELƏ?
14 11 2025
“Xüsusi xidmət orqanlarının əməkdaşlığının gücləndirilməsi həyati zərurətə çevrilib”
14 11 2025
Qazax RMX-nın direktoru Afiq Fərruxov Rövşən və Rəna cütlüyünün qarşısında aciz durumda -DE-FAKTO
14 11 2025
“Nəqliyyat və kommunikasiya xətlərimiz beynəlxalq terrorçuluqla üzləşir”
14 11 2025
“Səs” qəzeti bağlanır
14 11 2025
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
14 11 2025
Gözlər Sahib Məmmədovda – gündəmi maraqlı xəbərlər gözləyir
14 11 2025
Sahib Məmmədov AHİK sistemini külli miqdarda borca salıb?
14 11 2025
Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… –Valideynlərdən ərzaq tələb olunur?
14 11 2025
“Məlhəm” Hospitalının həkimi Günel Qəmbərova pasiyentləri belə müayinə edir?-VİDEO
14 11 2025
Leyla Əliyeva 2 oğlu şəhid olan ananı ziyarət etdi - Fotolar
14 11 2025
Bu şirkət bir sıra məktəblərdə 9 milyonluq təmir və abadlıq işləri aparacaq - TENDER NƏTİCƏSİ
14 11 2025
“Bahar Enerji”də KÖHNƏ HAMAM... KÖHNƏ TAS... - yenə də eyni problemlər...
14 11 2025
Artıq dövlət aparatında təmizlənmə işləri aparılıb - ONA GÖRƏ DƏ...
14 11 2025
“Mədəniyyət Nazirliyindəki qoçular ...” – Rejissoru boşanmağa nə vadar edib?

Redaktor seçimi
Naziri tənqid obyektinə çevirməyə çalışan Bəxtiyar Qılıncov hansı maraqlara xidmət edir?

Binəqədidə bağça ərazisini kimlər satır?

Kənd Təsərrüfatı Nazirliyində mənimsəmə hallarına son qoyulacaqmı?

Binəqədidə uşaq bağçasını bağlayıb, yerini satırlar - ÖZBAŞINA QALIBLAR...

Əli Həsənovla ortaq biznesləri olan Nurlan Həsənov əslində kimdir?-VİDEO

Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir


Copyright © 2013 Mediatv.az
The site created : Web Media
Diqqət! Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir.
Tel: +99412 510-21-31; +99470 250-20-46 media-tv.az@mail.ru, mediatv.az68@gmail.com
Ünvan: Mətbuat prospekti, 529-cu Məhəllə, Azərbaycan Nəşriyyatı, 6-cı mərtəbə