Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-07-2024, 12:42)
Sabirabadda "Bayraq meydanı", "Bayraq muzeyin"də maxinasiya

      
Sabirabadda "Bayraq meydanı", "Bayraq muzeyin"də maxinasiya - Başçının Şəhər İcra Nümayəndəsi Sübhan Xəlilov "ölü canlar"dan necə sərvət toplayır?
Sabirabadda "Bayraq meydanı", "Bayraq muzeyin"də maxinasiya -Sabirabad rayounda Bayraq Muzeyi 2017-ci ilin sentyabrıda istifadəyə verilib. Muzeyin binası iki sərgi zalından və müxtəlif yardımçı otaqlardan ibarətdir. Bayraq Muzeyinin yerləşdiyi meydanın ərazisi genişləndirilərək iki hektara çatdırılıb.

Muzeyin inşası və ərazidə hüdürlüyü 97 metr olan Azərbaycan Respublikasıı Bayraq dirəyi yerləşdirilib. Muzeyin inşası və qarşıdakı meydanın yeidəquruluması üçü 2016-cı ildə Dövlət Büdcəsidən milyolarla maat vəsait ayrılıb. Hazırda rəsmi olaraq Bayraq Muzeyində və Bayraq Meydanıda 26 əfərə yaxın işlə təmin oluub.

Amma işlə təmin olunanların yarıdan çoxuun harada işlədiyi heç kimə məlum deyil.
Gundemifo.az olaraq Sabirabad rayonuda Bayraq Muzeyi və Bayraq Meydannı ərazisində olarkə gördüklərimizdənn dəhşətə gəldik. Bayraq Meydanı üfunət iylənirdi. Büdcə vəsaitləri hesabıa alınmış bahalı şam ağacları, kaktuslar qurumuşdu. Meydanın əsas ziyarət hissəsini alaq otları basıb. Fəvvarə işləmirdi.

Ətrafda hətta Bayraq Muzeyinin divarlaınnda da ot-alaqlar bitmişdi.

Azərbaycan Respublikasıı Dövlət Bayrağının dalğaladığı ərazi, həm də hər bir izibati rayounun əsas pasportu olan Bayraq Meydanı inanılmaz bir baxımsız vəziyyətdə idi. Bayraq dirəyinin ətrafındakı fəvvarələr illərdir ki, işləmir. Hətta fəvvarlərin içini ot-alaq örütb.

Bayraq Meydanı və Bayraq Muzeyi dövlət təşkilatı olaraq Sabirabad Rayon İcra Hakimiyyətinin Sabirabad şəhər üzrə nümayəndəsinə tabedir.
Gundemifo.az olaraq apardığımız araşdırmalar zamaı məlum oldu ki, əslidə Bayraq Meydanı və Bayraq Muzeyinin saxlanılmasına, abadlaşdırılmasına hər il rayona ayrılan dövlət büdcəsidən külli miqdarda vəsait ayrılır.

Eyi zamanda DOST MMC xətti ilə Sabirabad Şəhər İcra Nümayəndəliyinin hesabına da işçilərə əmək haqqı ödənilir. DOST MMC-də işləmək üçün Sabirabad Şəhər İcra Başçısını Sabirabad şəhər üzrə nümayədiliyinə də işçiləri işə götürmək və işdən azad etmək səlahiyyətləri verilib.

Buna baxmayaraq yerli sakinlərinn dediyiə görə Şəhər İcra Nümayəndəliyiin rəhbəri Sübhan Xəlilova dəfələrlə müraciət etsələr də Bayraq Meydanın abadlaşdırılması üçün vəsaitlərin təyniatı üzrə xərclənməməsinə göz yumub.

Onu da əlavə edək ki, Sübhan Xəlilov bir zamanlar Sabirabadddan deputat olmuş Mirzəcan Xəlilovun qardaşı oğludur.

Mirzəcan Xəlilov
Araşdırmalarımız nəticəsində məlum oldu ki, Sübhan Xəlilovun əmri ilə 2 hektarlıq ərazidə yaşıllıqlar, həmçiin abadlıq işləri və mühafizəçi işi üzrə də ştatlar mövcuddur. Lakin işə gələn yoxdur.
İddialara əsasən 10 nəfərliik bağban, qulluqçu, suçu, mühafizəçi kimi ştatlar üzrə 20 nəfərdən yalız 4 nəfər mütəmadi olaraq işə gəlir. Lakin onlar da günün birinci yarısına qədər işdə olurlar.

Günortadan sonra ümumiyyətlə nə Bayraq Meydanında, nə də Bayraq Muzeyində heç kimi tapmaq mümkün deyil. Və bu dövlət qurumundakı "ölü canlar"ın hesabına hər ay 10 min manatlarla vəsaitlər kimlərinsə cibinə gedir.

Orada olarkən parkdakı oturacaqların baxımsız olması bir yana, ərazidəki uşaq əyləncə mərkəzində də oyun meydançası bərbad durumda idi. Üstəlik bu dövlət qurumunda sınan, qırılan, dağılan heç bir dövlət əmlakı qorunub, bərpa olunmur, yenisi ilə əvəzlənmir. Əksinə sınan, qırılan, oğurlanan dövlət əmlakları yaxınlıqdakı zibbilikdə ibarət otaqda toplanır.

Beləliklə də Azərbaycan Dövlət Büdcəsi hesabına inşa edilən, rayonun əsas qürur ünvanı ola Bayraq Muzeyi və Bayraq Meydanı baxımsız halda uçub dağılır. Cavabdeh dövlət qurumundan isə bu mövzuyla bağlı heç bir məlumat almaq mümkün deyil.

Və ən vacib məqam odur ki, bu ünvanda işləməli olanların yarıdan çoxununun bəlkə də Bayraq Meydanında və ya Bayraq Muzeyidə işlədiklərinə dair heç özlərinin də xəbəri yoxdur. Yalnız bir neçə nəfər işçiyə paytaxtdan qonaqlar və yoxlama gələndə fəhlə, bağban gödəkçələri paylanır və oları bir neçə saatlıq Bayraq Meydanına toplayıb şəkil çəkdirib, daha sonra isə yenə hamı başqa, daha doğrusu öz işinin dalınca gedir.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Qeyd edilən məqamlarla bağlı qarşı tərəfin, cavabdeh təşkilatların də rəsmi mövqeyini yazıya əlavə edə bilərik.

Daha ətraflı video sujetdə:
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024