Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (9-07-2024, 11:49)
Qadını şikəst qoyan həkim: DTX kimdir ki?

 Sumqayıt şəhər Liman klinikasının həkimi Əfqan Ağagülov burnunda polip olduğu üçün tibbi sığorta ilə əməliyyat edilən xəstə Nuridə İsmayıl qızı Zülfüqarovanın gözünün alt sümüyünü qıraraq, onun gözündə ciddi problemin yaranmasına səbəb olub.
Bu barədə Axar.az-a şikayətində zərərçəkənin qızı Ramilə Məmmədova deyib.
O bildirib ki, anası burnunda polip problemi ilə əlaqədar mayın 29-u klinikanın həkimi Əfqan Ağagülov tərəfindən əməliyyat edilib:
“Əməliyyatdan sonra anamın sol gözünün bağlı olduğunu görəndə həkimdən bunun səbəbini soruşduq. O isə bu proseduru anamın gözündə çəplik yaranmasının qarşısını almaq üçün həyata keçirdiyini bildirdi. Bir qədər gözləmək məcburiyyətində qaldıq. Sarğı açılanda isə dəhşətə gəldik. Anamın gözü çəpləşmişdi”.
Anasının həm də ikinci qrup əlili olduğunu deyən şikayətçi həkimin səbəb olduğu hadisəyə etinadsız yanaşdığını, onları təhqir etdiyini bildirib:
“Buna görə ona irad bildirdik. Bizi günahkar çıxardı, “Siz məndən soruşmusunuz ki, anamın gözünə nəsə ola bilər? Soruşsanız, deyərdim”, - dedi. Bundan sonra isə təhqir eləməyə başladı. Deyirik ki, DTX Hospitalına göndərmişik nəticəni, deyir, DTX kimdir? Əlimizdə faktlar, sübutlar var. Bizə maddi və mənəvi zərər vurub, həyatımızı qaraldıb”.
O, həkimin məsuliyyətsizliyinin qurbanı olan anasının vəziyyətinin daha da çətin olacağını bildirib:
“Həkim əməliyyat zamanı gözünün alt sümüyünü 4 millimetr qırdığı üçün anamın gözü çökəkliyə düşüb. Buna görə də adi çəpgözlük əməliyyatı alınmır. Əvvəlcə üz-çənə cərrahı gözünün altının sümüyünü əməliyyat etməli, 6 ay sonra da çəpgözlük əməliyyatına girməlidir. Hara, kimə deyiriksə, qəribə cavablar verirlər. “Liman” klinikasının direktoru deyir ki, biz ancaq töhmət yaza bilərik. Həkim isə anamın tibbi sığorta ilə əməliyyat edildiyini əsas gətirərək, “mənə pul vermişdiniz ki, xəstəni əməliyyat edim?” - deyə bizi ittiham edir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024