Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (10-08-2023, 13:44)
Britaniya layihəsi Nizami rayonunda - Fotolar

britaniya-layihesi-nizami-rayonunda


Bakı Şəhər İcra Hakimiyyətindən Mediatv.az-a verilən məlumata görə, Nərimanov rayonunda başlanan layihənin həyata keçirilməsində əldə edilən müsbət nəticələr imkan verib ki, mərhələli şəkildə paytaxtın daha 7 rayonu - Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Səbail və Suraxanı rayonları da bu işlərə qoşulsun."Layihə çərçivəsində həyata keçirilən işlərin gedişatının monitorinqi məqsədi ilə mütəmadi olaraq hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Görülən hazırlıq tədbirlərinin və təbliğat işlərinin nəticəsi kimi bu layihənin icrasına 2021-ci ilin mart ayında başlanılan Nizami rayonunda əldə edilən nəticələri uğur saymaq olar. Belə ki, əgər layihənin tətbiqinin ilk aylarında çeşidlənmiş tullantının həcmi bir gündə 6-7 ton, sonradan isə tədricən 12-13 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 20-23 ton arası təşkil edir. Bu da ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda Nizami rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.

Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması çox mühüm əhəmiyyət kəsb edən bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədi ilə ölkə başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhərinin kommunal təsərrüfatı xidmətləri üçün 104 ədəd kommunal təyinatlı müasir avtonəqliyyat vasitələri və mexanizmlər alınıb. Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olmuşdur. Növbəti ildə də yeni texnikaların alınması nəzərdə tutulub.

Qeyd edilən layihənin uğurla həyata keçirilməsi şəhərimizin təmiz saxlanılmasına, gözəlləşməsinə, ətraf mühitin və sağlamlığımızın qorunmasına, yeni ekoloji, sanitar mədəniyyətin formalaşmasına və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək", - rəsmi məlumatda vurğulanıb.

 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
21 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025
20 11 2025