Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (9-01-2020, 22:17)
Bakının mənzil-kommunal təsərrüfatı sahə üzrə ixtisaslaşmış xarici ekspertlər tərəfindən də təqdir olunur

 

Hazırda qışdır. Paytaxt sakinlərinin rahatlığını təmin etmək məqsədilə Bakının mənzil-kommunal təsərrüfatı qışı hazırlıqlı qarşılamışdır. Prezident İlham Əliyevin çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı tapşırığının icrası və həmçinin paytaxtda payız-qış mövsümünə hazırlıqla bağlı təsdiq edilmiş tədbirlər planına əsasən, hələ yay aylarından etibarən paytaxt rayonlarının təmirə ehtiyacı olan dam örtükləri olan binalar müəyyən edilərək mərhələli şəkildə onların təmiri həyata keçirilmişdi. İşlər çərçivəsində binaların dam örtükləri dəyişdirilmiş, həmçinin bloklarda pəncərələrin şüşələri salınmış, giriş qapıları təmir olunmuşdu. Bu işlər Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-Təsərrüfatı Departamenti və rayon icra hakimiyyətlərinin struktur bölmələri tərəfindən həyata keçirilmişdi.
Qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində qərargah üzvlərinin, rayonun təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı diqqətlərinə çatdırılıb, hər hansı ciddi hal yaranarsa, onun dərhal aradan qaldırılması məqsədi ilə operativ tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Əsas, köməkçi, məhəllədaxili yolların, səkilərin, obyektlərin qarşısının qardan vaxtında təmizlənməsi üçün bu işlərə cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayonlardakı kommunal qurumların, digər idarə və təşkilatların sərəncamında olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, işçilər arasında xüsusi iş qrafiki təsdiq olunub.
Payız-qış mövsümündə baş verə biləcək fövqəladə hallara qarşı preventiv tədbirlərin həyata keçirilməsi, yaşayış və qeyri-yaşayış obyektlərində istiliklə bağlı problemlərin, ümumiyyətlə, yarana biləcək hər hansı bir çatışmazlığın aradan qaldırılması və digər bu kimi məsələlər müzakirə olunub, onların həlli və bütün bu işlərə digər qurumlarla əlaqəli surətdə nəzarətin təmini ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.
Əhalinin mənzil-kommunal xidmətlərinə tələbatın daha tam ödənilməsi məqsədilə mənzil-kommunal təsərrüfatının təkmilləşdirilməsi, balansında olan mənzil-kommunal sahələrinə rəhbərlik, mənzil fondunun və kommunal təyinatlı obyektlərin istismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbirlər görülməsi, şəhərin sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, qeyri-yaşayış sahələrindən təyinatı üzrə səmərəli istifadə edilməsinin təmin edilməsi, əsaslı tikinti və təmir sahəsində Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş səlahiyyətlər dairəsində abadlıq, tikinti, habelə mənzil fondunun və kommunal təyinatlı obyektlərin əsaslı təmiri, modernləşdirilməsi və qurulması, zibil daşınması, şəhər yollarının istismarı və cari təmiri, xiyabanların və qəbiristanlıq təsərrüfatının saxlanması və abadlığı, xidmət sahələrinin inventarlarla təchizatının təmin edilməsi, fəvvarələr və yeraltı keçidlərin istismarı və təmiri, şəhərin mənzil-kommunal təsərrüfatı ilə bağlı digər funksiyaları həyata keçirən Mənzil Kommunal-Təsərrüfatı Departamentinin fəaliyyətinin hazırki təqdir olunan səviyyəyə gəlib yetişməsində ona rəhbərlik edən cənab Rəfail Mehralıyevin əhəmiyyətli xidmətləri olmuşdur.  
Təcrübəli rəhbərin bacarıqlı idarəçiliyi sayəsində mənzil fondunun inzibati idarə və xidməti heyətinin, ev təsərrüfatının saxlanılması və cari təmir xərclərinin düzgün düzgün hesablanılması üçün əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərcləri nəzərə alınır. “Dövlət büdcəsindən maliyyələşən sahələrdə xərclərin proqnozlaşdırılması və maliyyə ehtiyatlarından istifadənin müvafiq məsrəf normaları vasitəsilə tənzimlənməsi məqsədilə bazar iqtisadiyyatının tələblərinə uyğun hazırlanmış şəhər, rayon mərkəzlərində, qəsəbələrdə küçələrin süpürülməsi, işıqlandırılması, yaşıllıq sahəsinə qulluq edilməsi xərclərinin Müvəqqəti Normaları”nın tələblərinə əməl edilir. Büdcə qanunvericiliyinə ciddi riayət olunaraq, təyinatdan kənar məqsədə vəsait yönəldilmir.
Dövlət əsaslı vəsait qoyuluşu və ehtiyat fondlarından ayrılmış vəsaitin istifadəsi üzrə obyektin müqavilə qiyməti müvafiq qaydada hesablanılır, işlərin istismara verilməsi barədə aktlar tərtib edilir, dövlət əmlakının uçotu dəqiq aparılır.
Ötən 2019-cu ilin yaddaqalan hadisələrindən biri də iyul ayından paytaxtın Nərimanov rayonunda Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Böyük Britaniyanın Mott MacDonald şirkəti ilə birgə hazırlanmış yeni pilot layihənin - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin həyata keçirilməsi oldu. Görülən işlərin yüksək səviyyədə aparılması, vətəndaşlarla aparılan izahetmə işləri, maarifləndirici tədbirlər və s. öz bəhrəsini verdi. məkdədir. Nərimanov rayonunda 400 konteyner meydançası yaradıldı, tələbata uyğun miqdarda yeni, müasir konteynerlər yerləşdirildi. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.
Tullantıların kompozisiyasının araşdırılmasının təkrarlanması əldə edilən təkrar emal tullantılarının nisbətinin dəqiq öyrənilməsi üçün vacibdir. Kompozisiya araşdırılmasının təkrarlanması hər dəfə nəticələrin dəqiqləşdirilməsi üçündür. Bakıya ezam olunmuş Mott MacDonald şirkətinın nümayəndələrinin Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən yaradılan Monitorinq Mərkəzinə gəlişinin məqsədi də nəticələrin araşdırılması idi. Qonaqlar kommunal xidmətlərin işini yüksək qiymətləndirərək layihənin müvəffəqiyyətlə həyata keçirildiyini qeyd edib və yaxın vaxtlarda digər rayonların da bu layihəyə qoşulacağını bildiriblər.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehtiyev  2019-cu il dekabrın 11-də dərc olunan “Azərbaycanın inkişafını XXI əsrin çağırışlarına uyğunlaşdıran Lider” başlıqlı məqaləsində bildirib ki, Prezident İlham Əliyev uğurlu kadr siyasəti həyata keçirməklə yeni idarəçilər elitası formalaşdırır: "Azərbaycanda yaradılmış dövlət idarəçiliyi sistemi keyfiyyətcə yeni idarəçi kadrlar üçün nəzərdə tutulmuş, tamamilə yeni əsaslar üzərində qurulmuş vahid mexanizm olacaq. Həm ölkənin daxili inkişafını, həm də xarici aləmlə əlaqələri nizamlayan mexanizmlər məhz bu sistemin tələblərinə uyğunlaşdırılmış uzunmüddətli dinamizmi xatırladacaq... Prezidentin komandasına müvafiq dünyabaxışına və mənəvi keyfiyyətlərə malik olan, İlham Əliyevi sözdə deyil, əməli işdə dəstəkləyən müasir təfəkkürlü və istedadlı təşkilatçılar gəlməlidirlər. Ən başlıcası, onlar əsl dövlətçilər olmalı, xalqın və dövlətin mənafelərini hər şeydən üstün tutmalıdırlar”.
Haqqında söz açdığımız Rəfail Mehraliyev  bütün keyfiyyələrinə görə bu tələblərə cavab verən kadrdır desək, yanılmarıq. İnanırıq ki, o, həm paytaxt Bakının, həm də ölkəmizin tərəqqisi naminə hələ çox xidmət göstərəcək, uğurlarının sırasını artıracaqdır.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024