Sosial / Slayd (5-08-2023, 09:11)
`Azəriqaz`da işçi haqqı adında HEÇ NƏ YOXDUR - Daha bir FAKT
Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı "Azəriqaz"da daha bir özbaşınalıq faktını ifşa edib.
DİA.AZ bildirir ki, bu səbəbdən "Azəriqaz"ın yetkili şəxslərinə xitab edən M.Qəhrəmanlı dərhal qanunlara riayət olunmasını tələb edir və müvafiq qanunlardan sitat gətirir.
DİA.AZ tanınmış hüquq müdafiəçisinin hüququ tapdanan işçiyə xitabən açıqladığı müraciəti təqdim edir:
" `Azəriqaz` Ağsu RQİİ-nin baş mühəndisi cənab Taleh Həsənovun 26.07.2023-cü il tarixli, əmri tərtib olunarkən ona mənəvi ziyan vurulmuşdur(bax: əlavə olunmuş əmr).
Hesab edirik ki,
-Bu halda işəgötürən tərəfindən ARƏM maddə 290.( Fərdi əmək mübahisələrində tərəflərin vəzifələri və məsuliyyəti) tələbləri pozulmuşdur. İşəgötürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Bununla əlaqadar işçi məhkəməyə müraciət edə bilər.
Qeyd: Bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan atılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir".
Məsələ diqqətimizdədir. Qarşı tərəfi də dia.az olaraq dinləməyə hazırıq...
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024