Sosial / Karusel (4-06-2022, 09:30)
"Azəriqaz"da işçi haqqı qara qəpiyə də dəymir
Azərbaycan Əmək Məcəlləsində də, «Həmkarlar Təşkilatları haqqında» Qanunda da işçinin əmək hüquqlarının necə qorunması aydın şəkildə göstərilib.
Lakin aydın olmayan bir məsələ var ki, işçinin aylıq əmək haqqından dədə malı kimi faiz tutan həmkarlar təşkilatları işçinin əmək hüquqları pozulanda isə məmurların yanında olur, işçinin-fəhlənin hüquqları unudulur. Elə illərlə ödənilən üzvlük haqları da…
***
SOCAR-da da oxşar problemlərin yaşandığı barədə Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin sədri Mirvari Qəhrəmanlı «Təzadlar»a açıqlamasında bildirdi. M.Qəhrəmanlı deyir:
-Bəli, təəssüflər olsun, Həmkarlar Təşkilatı növbəti dəfə işçinin deyil, işəgötürənin yanında oldu və işdən çıxarılan işçini müdafiə etməyib onun işdən azad olunmasına razılıq verdi…
-Həmin işçi kimdir?
-O, Asəf Kərimovdur, hansı ki, 2014-cü ildən Zaqatala Regional Qaz İstismar İdarəsinin(RQİİ) "Qaz sərfi istismarı avadanlıqlarının istismarı və metrologiya» şöbəsinin rəisi olub. 2019-cu ildə rəhbərlikdə dəyişiklik olub və həmin idarənin Qəbələ rayon QİS-n rəisi Sübhi Bayramov rəis təyin olunub. Yeni rəis Asif Kərimov ilə işləməyəcəyini bildirib, təkidlə işdən çıxma ərizəsi yazmağı tələb edib. İşçi bildirir ki, səbəb bir zamanlar onun şöbə rəisi kimi Qəbələ QİS-də yoxlama apararkən müşahidə etdiyi ciddi qüsurları Aktlaşdırması olub. Zaqatala RQİİ rəisi Sübhi Bayramov iki il ərzində işçinin vəzifə səlahiyyətlərinə aid olmayan qüsurlara görə ona töhmət, şiddətli töhmət vermişdir. Asəf Kərimovun müxtəlif qurumlara göndərdiyi şikayət ərizələrini isə (ərizələrdən birini Sizə təqdim edirəm) "problemin həlli" üçün onu gözümçıxdıya salan rəisin özünə göndərilmişdir. Prosesdə Zaqatala rayon Əmək Müfəttişliyi Xidmətinin də "xüsusi rolu" olmuşdur…
-Bəs nəticə necə olub?
-Nəticə belə olub ki, sonda Rəis "problemi» birdəfəlik həll edərək idarə həmkarlar təşkilatının köməkliyi ilə işçini 02.06.2022-ci il tarixindən işdən azad etmişdir… Bu da işçinin hüquqlarını müdafiə etməli olan bizim Həmkarlar Təşkilatı…

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024