Sosial (22-12-2022, 09:07)
FHN polkovniki açıq məhkəmə tələb edir - DETALLAR
Dekabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyindəki (FHN) iş otağında tabeliyindəki qadınlarla intim hərəkətləri gizli şəkildə lentə almaqda ittiham olunan polkovnik Zaur Mirzəyevin məhkəməsi davam edib.
43 yaşlı Zaur Mirzəyev haqqında cinayət işində gizli şəkildə videosu çəkilən 2 qadınla yanaşı, FHN də zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, polkovnik hərəkətləri ilə nazirliyin nüfuzuna zərbə vurub.
İstintaqdan narazıdır
4 aydır həbsdə olan Zaur Mirzəyev onunla bağlı aparılan istintaqdan narazıdır. Hesab edir ki, araşdırmalar obyektiv və hərtərəfli getməyib. Vəkili məhkəmədə vəsatət qaldırıb ki, cinayət işi təkrar araşdırma üçün istintaqa geri qaytarılsın. Lakin vəsatət təmin olunmayıb. Polkovnikin vəkili deyib ki, əgər məhkəmə bu işə baxacaqsa, o halda, proses qapalı keçirilsin. Çünki bu işdə şəxsi həyata aid məqamlar var. Amma zərərçəkmiş qismində tanınan qadınlardan birinin nümayəndəsi bunun əleyhinə çıxıb. Vəkil Yasər Abdullayev deyir ki, sosial şəbəkələrdə yayılan görüntülərdən sonra nümayəndəsi olduğu şəxs haqqında ictimaiyyət arasında mənfi fikirlər formalaşıb. Ona görə məhkəmə prosesinin açıq keçirilməsini, ictimaiyyətin baş verənlərdən xəbər tutmasını istəyirlər. Ancaq Məhəmməd Əkbərovun sədrlik etdiyi hakimlər kollegiyası belə nəticəyə gəlib ki, bu cinayət işinə qapalı şəkildə baxılmalıdır.
İttiham aktı elan olunub
Məhkəmə iclasında ittiham aktı elan olunub. Zaur Mirzəyev ittiham üzrə özünü təqsirli bilməyib. Bundan sonra zərərçəkən A.N sərbəst ifadə verib. Bundan sonra məhkəmə yanvarın 11-nə qədər təxirə salınıb. Növbəti prosesdə digər zərərçəkən və şahidlər dindiriləcək.
Zərərçəkmişin vəkili də açıq məhkəmə istəyir
İş üzrə zərərçəkən A.N-nin vəkili də məhkəmə yazarlarına deyib ki, o və hüquqlarını müdafiə etdiyi şəxs məhkəmənin açıq keçirilməsi tərəfdarıdırlar. “Məhkəmənin ona görə açıq keçirilməsini istəyirik ki, istintaq dövründə bu işlə bağlı cəmiyyətə məlumat verilmədi. Bu olayla bağlı informasiya kirliliyi var, yalan məlumatlar yayılıb. Müdafiə etdiyim A.N-nin hüquqları pozulub. Sosil həyatında neqativ dəyişikliklər baş verib. Ailəsi dağılıb, həyat yoldaşından boşanıb, övladları əlindən alınıb. Burada aldadılma var. Videolardakı qadınların heç birinin o çəkilişlərdən xəbərləri omayıb. A.N bildirir ki, Zaur Mirzəyevlə çox yaxşı münasibətləri olub, ailəvi dost olublar. Hansısa bir məqamda ailələrdə problem yarananda Zaur Mirzəyev bundan istifadə edib. Videolardakı qadınların birinin o birindən xəbəri olmayıb”.
Zərərçəkmiş qadın sığınacaqda yaşayır
Vəkil bildirib ki, müvəkkili hazırda ev-eşiyindən olub, sığınacaqda yaşamaq məcburiyyətindədir: “Zaur Mirzəyev o videoları niyə çəkib və həmin videoları yayan kimdir” sualına vəkil belə cavab verib: “İstintaq dövründə o videolar niyə çəkilib sualına cavab verilməyib. Hazırda həmin videoları yayılması ilə bağlı ayrıca cinayət işi istintaq olunur”.
Görüntülər avqustda çəkilib
Sözügedən görüntülər 2022-ci il avqustun əvvəlində sosial şəbəkələrdə yayılıb. Bir neçə gün sonra – avqustun 17-də Zaur Mirzəyev həbs olunub. Ona qarşı CM-in 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Kamera kompüterə quraşdırılıb
Cinayət işinin materiallarında iddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb. 2013-cü ildən 2019-cu ilin sonuna qədər xidməti tabeliyində olan qadınlarla münasibətlərini lentə alıb.
Belə məlumatlar var ki, Zaur Mirzəyev ibtidai istintaqa video çəkdiyini təsdiqləsə də, heç kimi heç nəyə məcbur etmədiyini, görüntüləri də özünün yaymadığını bildirib.
Nazirlik də zərərçəkmişdir
Gizli şəkildə görüntüsü çəkilmiş iki qadınla yanaşı, FHN də cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. İddia olunur ki, Zaur Mirzəyevin hərəkəti nəticəsində nazirliyin işgüzar nüfuzuna zərbə vurulub.
Polkovnik Zaur Mirzəyev avqustun 17-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham irəli sürülüb.
İddia olunur ki, Zaur Mirzəyev iş otağındakı kompüterinə xüsusi proqram vasitəsilə video və foto çəkiliş həyata keçirmək üçün gizli kamera quraşdırıb.
“Xidməti və sair asılılıqlarından yararlanaraq, qadınlarla 2013-cü ildən 2019-cu ilin sonlarına qədər iş otağında cinsi əlaqə və digər formalarda intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internetdə yayılmasına səbəb olub”, - bir müddət əvvəl prokurorluğun yaydığı məlumatda belə qeyd olunurdu.
Toplum TV
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025
23 11 2025























