Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (16-12-2022, 16:35)
“Rəsmi cavab verilib, əl çəkin”

 Məşhur idman yazarı Natiq Muxtarlı "Azəriqaz" rəhbərliyini qınayan paylaşımı ilə diqqətə gəlib. "Mediatv.az" jurnalistin qeydini təqdim edir:

"Yeganə oğlu Vətən müharibəsində şəhid olan ata “Azəriqaz”a müraciət edib ki, Buzovna qəsəbəsindəki evinə qaz çəkilsin. Oradan isə bildiriblər ki, sizin küçədə qaz xətti olmadığı (qaz xətti 80 metr aralıdadır) üçün çəkə bilmərik.
Amma “Azəriqaz” rəhbərləri özlərinə məxsus podratçı şirkətlər yaradıblar ki, vətəndaş o şirkətlərə müraciət edib 1500 manat ödəsə, evinə qaz çəkilir.
Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə müraciət etdik şəhid atasının adından. Cavabı təxminən belə oldu: “Rəsmi cavab verilib, əl çəkin”.
Yəni şəhid atası gedib 1500 manat ödəsin və evinə qaz çəkdirsin.
Ruslan müəllim, o adam yeganə oğlunu bu vətənə verib. Daha nə verməlidir ki, şəhid ailəsinə bürokratik əngəllərinizi şamil etməyəsiniz və onu qazsız qoymayasınız?"шаблоны для dle 11.2

Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
23 11 2025
23 11 2025