Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (18-11-2022, 14:34)
“Cinayət işi başlansa da, dələduz azadlıqda gəzir”

“Cinayət işi başlansa da, dələduz azadlıqda gəzir”


Mediatv.az  müraciət edən vətəndaş bildirib ki, tanışı Rəsulov Mahir Mehman oğlu ondan MİDA mənzillərindən birini almaq və ilkin ödəniş etmək adı ilə 25 450 manat pul alıb. Lakin vədinə əməl etməyərək ona qarşı dələduzluq edib, sonra isə pulu qaytarmaqdan imtina edib.


Emil Ağayev məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin “102” çağrı mərkəzinə müraciət etdiyini bildirir: “Əvvəl işi Nərimanov, Xətai, son olaraq Yasamal Rayon Polis İdarısinə göndərdilər. Cinayət işi başlandı, M.Rəsulov əvvəl həbs edildi. Amma sonra ev dustaqlığına buraxıldı. Hazırda da pulu qaytarmaqdan imtina edir”.

Qazinin sözlərinə görə, ailə hələ də onu aldatmağa davam edir: “Söz veriblər ki, evlərini satıb, mənim pulumu qaytaracaqlar. Lakin evi satdılar, pulu qaytarmadılar. İstintaq gedə-gedə, sentyabrın sonlarında Bakı Apellasiya Məhkəməsi Mahiri ev dustaqlığına buraxıb. Polisə şikayət edirəm, baxan yoxdur”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq. DİN Mətbuat Xidmətindən müraciətimizə cavab olaraq bildirildi ki, vətəndaş Emil Ağayevin dələduzluğa məruz qalması barədə müraciəti araşdırılıb: "Yasamal Rayon Polis İdarəsində aparılan araşdırmalarla məlum olub ki, vətəndaş Mahir Rəsulov Emil Ağayevdən Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal rayonu ərazisində inşa edilən yaşayış binalarından müvafiq məbləğ müqabilində sosial mənzillər təşkil etmək imkanı olması barədə yalan məlumat verməklə ondan 25450 manat alıb. Araşdırmalarla onun daha 36 nəfərin dələduzluq yolu ilə pulunu ələ keçirməsi də məlum olub. Faktla bağlı cinayət işi açılıb. Zəruri istintaq hərəkətləri davam etdirilir".

Qeyd edək ki, Emil Ağayev 44 günlük Vətən Müharibəsinə könüllü olaraq yollanıb. “Zəngilanın azad olunmasına görə, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.


шаблоны для dle 11.2

Xəbər lenti
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024
1 05 2024