Slayd / Aktual / Redaktor seçimi (30-08-2022, 00:38)
Yasamal rayonunda dərəbəylik nə vaxta kimi davam edəcək?
Nə qədər yazılsa da, deyilsə də Bakıda qanunsuz küçə ticarəti problemi öz həllini tapmır. Əksinə, problem daha da mürəkkəbləşir. Bu tərəfdən də obyekt sahibləri işi qəlizləşdirir,küçələrindəki piyada yolu,ətrafdakı kafelər tərəfindən zəbt olunub.Paytaxtımızda küçə ticarətinin qadağan olunması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin məlum qərarı var.İnzibati Xətalar Məcəlləsin 453-cü maddəsinə əsasən, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etmədiyi yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə cərimə tətbiq olunmalıdır. Mediatv.az xəbər verir ki, ara küçələrdə, əsasən metro qarşılarında pərakəndə satış ilə məşğul olanların sayı artmağda davam edir. Əsasən “İnşaatçılar” metrostansiyasının yaxınlığında və Yeni Yaşamalın demək olar ki hər yerində küçə ticarəti baş alıb gedir.Ərazidə dəhşətli vəziyyət hökm sürür.Bəs görəsən ərazinin təmizliyinə cavabdeh olan Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bu qanun pozuntusuna niyə göz yumur, yaxud da ərazidən küçə ticarətinin yığışdırılması üçün aidiyyatı qurumlara niyə müraciət etmir?Yasamal rayon İcra Hakimiyyəti,Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bu natəmizliyi görəsən hansı səbəbdən görmür?Bəs niyə hamının gözü qarşısında bu “qanunsuz” ticarət davam edir?
Cavab çox sadədir:Çünki həmin “qanunsuz” ticarət müəyyən şəxslərin "əli ilə “tənzimlənir”.Mediatv.az xəbər verir ki,küçə ticarətilə bağlı mövcud vəziyyətin qalması küçələrə nəzarət edən qurumların marağına cavab verir:Konkret olaraq yerli icra hakimiyyəti strukturlarına yaranmış vəziyyət sərf edir. Ona görə də həmin qurumlar küçə ticarətinə özlərinə sərf edən formada nəzarət edirlər. Belə vəziyyətdən istifadə etməklə onlar küçə ticarətilə məşğul olanlardan müəyyən qanunsuz haqq da alır. Nəticədə bu sahədə belə özbaşınalıq və anti-sanitariya hökm sürür.Baş alıb gedən anti-sanitariya qida təhlükəliyinin yaranmasına səbəb olur.Kənd təsərrüfatı məhsulları tozun-torpağın içində satılır. Bu insanların həyat və sağlamlığına təhlükə deyilmi? Bütün bunlar barədə Mediatv.az xəbər portalında 28-07-2022 tarixdə bir yazı ilə çıxış etmişik və yazını Bakı şəhər İcra Hakimiyətininin,Yasamal rayon İcra Hakimiyyətinin,Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin elektron poçtuna ünvanlamışıq.Təəssüflər olsun ki məqalənin çapından bir aydan artıq vaxt keçməsinə baxmayaraq baş alıb gedən küçə ticarəti, anti-sanitariya, natəmizlik, pintilik bu sahəyə baxan və cavabdeh olan təşkilatları heç də narahat etmir. Həmin problemlərin həlli istiqamətində heç bir addım atılmır.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024