Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd / Redaktor seçimi (17-05-2022, 21:34)
Barbarcasına - Paytaxtın mərkəzi küçələri, yol və səkiləri zəbt olunub-FOTOFAKT

 




2020-ci ilin may ayında həbs edilən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova məxsus Nizami küç.-64 ünvanında yerləşən "Casual Brasserie" kafesinin artırılmış hissəsinin sökülməsindən sonra bir ara elə təsəvvür yarandı ki, Bakı şəhərinin bir çox yerlərinin, xüsusilə "Torqovi" adlanan hissədə insanların gəzinti sahələrinin kafe-restoranlar, ticarət obyektləri tərəfindən zəbt edilməsi halları səngiyəcək.
Ancaq koronavirusla bağlı məhdudiyyətlər yumşaldılan kimi belə qanunsuzluqlar “yağışdan sonra çıxan göbələklər” kimi artmağa başladı. Məlum oldu ki, Sultanovun obyektinin sökülməsi yalnız kampaniya xarakterli, kimlərinsə qeyri-səmimi, kimlərəsə yarınmaq cəhdindən başqa bir şey deyilmiş. Belə çıxır ki, yalnız həbs edilən məmurların qanunsuz obyektləri sökülür.
Mediatv.az-ın redaksiyasına bu qəbildən olan qanunsuzluqlarla bağlı müraciətlər daxil olmaqdadır. İlkin olaraq, Səbail rayonunda M.Ə.Rəsulzadə küçəsində qanunsuz küçə ticarəti və vəzifəli şəxslərdən birinə aid olduğu bildirilən dondurma köşki fotoqeydə alınıb.
 
 









































































M.Ə.Rəsulzadə və Nizami küçələrindəki piyada yolu, ətrafdakı kafelər tərəfindən zəbt olunub.Bu küçələrin zəbt olunması insanların,eləcə də respublikamıza gəlmiş turistlərin sərbəst hərəkətinə maneəçilik törədir.M.Ə.Rəsulzadə küçəsində yerləşən yeraltı keçiddə "qanunsuz" küçə  ticarəti baş alıb gedir.
 
 
























Mediatv.az xəbər verir ki,kiminsə dövlətin yolunu zəbt etmək səlahiyyəti yoxdur. Bəzi mağaza, kafe sahibləri elə hesab edirlər ki, kafenin qarşısı, ətrafı, hətta yol belə onlara aiddir. Xeyr, yol dövlətindir. Kiminsə yolu zəbt etməsi, müəyyən əraziləri barmaqlıqlara alması təbii ki, qanun pozuntusudur və bu insanlardan şikayət edildiyi təqdirdə onlara yüksək məbləğdə cərimələr nəzərdə tutulub. Yolun hərəkət hissəsini məhdudlaşdırmağa qanun icazə vermir. Yol, küçə, səki heç kimin deyil, oradan hamının istifadə etmək hüququ var. "Yol hərəkəti haqqında" qanuna əsasən, ümumi istifadədə olan yollarda, səkilərdə dəmir, taxta və digər məmulatlarla yolun hərəkət hissəsinin tutulması, həmin ərazilərə satış məhsullarının, qida məhsullarının, ticarət predmetlərinin qoyulması qeyri-qanunidir. Mülk sahibləri "bura mənimdir" deyə ərazini zəbt edə və ya digər avtomobillərin hərəkətinə məhdudiyyət yarada bilməzlər. Belə olan halda haqlı suallar ortaya çıxır: Əgər qanun qarşısında hamı bərabərdirsə, qanunun bu cür kobud şəkildə pozulmasına aidiyyati qurumlar, onların rəhbərləri, məsələn, bizim misalda Bakı Şəhər İcra Hakimiyyəti,Səbail Rayon İcra Hakimiyyəti, meriyanın Ticarət Departamenti niyə, nəyin müqabilində göz yumurlar? Yox, əgər xəbərləri yoxdursa, niyə yoxdur? Daha maraqlısı budur ki, görəsən ölkəmizin paytaxtına təşrif buyuran xarici turistlər Bakının gəzməli-görməli yerləri sayılan bu mərkəzi küçələrində bu biabırçılığı müşahidə edəndən sonra özləriu ilə hansı təəssüratları aparırlar, bizim mədəniyyətimiz barədə nə düşünürlər?  
Mövzunu davam etdirəcəyik.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024