Sosial / Slayd (28-07-2022, 16:32)
Ədalət Bağırovun qanunsuz küçə alverinin qarşısında əl-qolunu bağlayan nədir?

2001-ci ildə Bakıda qeyri-qanuni küçə ticarətin qarşısının alınması ilə bağlı Bakı şəhər icra hakimiyyəti başçısının sərəncamı var. Həmin sərəncama əsasən, qeyri-qanuni küçə ticarəti ilə məşğul olmaq qadağan edilib. Mediatv.az xəbər verir ki, ara küçələrdə, əsasən metro qarşılarında pərakəndə satış ilə məşğul olanların sayı artmağa başlayıb. Əsasən “İnşaatçılar” metrostansiyasının yaxınlığında, Mikayıl Müşfiq küçəsi 28-42 də, Yeni Yaşamalın demək olar ki hər yerində küçə ticarəti baş alıb gedir. Küçədə satılan məhsul həm də sanitar, gigiyenik baxımdan natəmiz ola bilər. Bəs görəsən ərazinin təmizliyinə cavabdeh olan Yasamal Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi bu qanun pozuntusuna niyə göz yumur, yaxud da ərazidən küçə ticarətinin yığışdırılması üçün aidiyyatı qurumlara niyə müraciət etmir? Ərazinin təmizliyindən ağız dolusu danışan Ədalət Bağırov bu natəmizliyi görəsən hansı səbəbdən görmür?
Mediatv.az xəbər verir ki,sovet dönəmində Azərbaycanda və ya MDB ali məktəblərinin hansındasa, sanki universal, çoxprofilli təhsil almış, elə bil hər sahədə rəhbər vəzifədə çalışmaq imtiyazı qazanmış, Magistral Su Kəmərləri İdarəsinin rəisi, Bakı – Tbilisi – Qars dəmiryol xəttinin çəkilişini reallaşdıran idarələrdən birində rəis kimi fərqli profilli vəzifələrdə işləmiş, 2017-ci ildə “Tərəqqi” medalına da təqdim olunmuş Ədalət Bağırov həqiqətən də necə ola bilər ki, bu adi həqiqətləri görməzdən gəlsin?
Beləliklə, suallar yerindədir və cavab gözləyir: Ədalət Bağırov dahidirmi? Onun diplomunda bir neçə sahə üzrə (su təsərrüfatı, dəmiryolçu, kommunal sektor və s.) ixtisas bilgilərinə yiyələnməsi necə təsdiqlənib? Keçirilən tenderlədə qutudan "qalib çıxardığı", kotirovka sorğularında üstünlük qazandırdığı tərəf müqabillərini hansı meyarlara görə seçir? Ən nəhayət, onun adamı, havadarı, himayədarı kimdir?







Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
10 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025
9 07 2025