Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd (10-07-2014, 10:25)
Aydın Bəşirov gəmiləri də yararsız vəziyyətə salıbmış

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) 25 dəniz gəmisini hesabdan silib və onlar sökülməlidir

 

Gəmilərin azalması yük daşımalarının azalmasına səbəb olub. AXDG-nin mətbuat xidmətində “Turan”a bildiriblər ki, köhnə gəmilərin hesabdan silinməsi Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılır. Söküntü işini “Baku Steel Company” həyata keçirir.
2013-cü ilin oktyabrında iki dövlət müəssisəsinin bazasında QSC-nin yaradılmasından sonra 10 tanker, 9 quru yük gəmisi, 6 texniki gəmi hesabdan silinib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 5 ayında su nəqliyyatı ilə 4 milyon 151,8 min ton yük (59 faizi neftdir) daşınıb. Bu, ötən ilin eyni dövründəkindən 19,1 faiz azdır. Gəmiçilikdə bunu gəmilərin azalması, Xəzəryanı ölkələrin ticarət gəmilərinin peyda olması ilə izah edirlər.
Hazırda AXDG 61 gəmidən, o cümlədən 33 tanker, 13 bərə, 2 sərnişin gəmisi, 184 ixtisaslaşmış gəmidən ibarətdir. Bu il AXDG “Bakı Gəmiqayırma Zavodu”na 3 sərnişin gəmisi sifariş verib.
Bu məlumatdan aydın olur ki, Aydın Bəşirovun dövründə quruma məxsus gəmilər də yararsız vəziyyətdə olub. Bundan əvvəl tanınmış iqtisadçı Qubad Ibadoğlu facebook səhifəsində Aydın Bəşirovun bitirəcək fakt açıqlamışdı. “Tabeliyindəki Dəniz Nəqliyyat Donanması, Xəzər Dəniz Neft Donanması, ”Bibiheybət" Gəmi Təmiri Zavodu, “Zığ” Gəmi Təmiri Zavodu, Istehsalat Xidmətləri Idarəsi və Sosial Inkişaf Idarəsi, eləcə də Türkiyə, Rusiya, Qazaxıstan, Iran, Türkmənistan və Ukraynadakı nümayəndəliklərə və 383 milyon 420 min 621 manat nizamnamə kapitalına malik olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ötən il dövlət büdcəsinə cəmisi 100 min manat vergi ödəyib. Bu o deməkdir ki, şirkət hər ay dövlət büdcəsinə orta hesabla 8333 manat, təxminən 3-4 kiçik müəssisənin ödədiyi qədər vergi ödəyib, baxmayaraq ki, bu cəmiyyətin adı hələ də iri vergi ödəyicilərinin siyahısında gedir", - deyə Qubad Ibadoğlu bildirmişdi.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024