Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət (25-06-2014, 18:34)
Yeni sədr danışdı

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”ndə yeni struktur islahatları aparacaq, Səhmdar Cəmiyyəti beynəlxalq standartlara cavab verən, səmərəli fəaliyyət göstərən müasir kommersiya strukturuna çevirəcəyik”

 

Bunu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev 25 İyun – Dənizçi günü” peşə bayramı münasibətilə keçirilən tədbirdə jurnalistlərə müsahibəsində deyib.
Səhmdar Cəmiyyətin sədri qeyd edib ki, qarşıda çox ciddi hədəflər vardır: “Bu hədəflərə çatmaq üçün artıq müəyyən işlər görülməkdədir. Çalışacağıq ki, Xəzər dənizindəki mövqeyimizi möhkəmləndirək. Növbəti mərhələdə isə Xəzərdən kənarda digər xarici şirkətlərlə bərabər səviyyədə, rəqabətə davamlı şəkildə fəaliyyət göstərək. Bunun üçün dövlət tərəfindən bizə tam dəstək göstərilir” - deyə R.Vəliyev vurğulamışdır.
Ötən ilin sentyabrında Azərbaycanda gəmiqayırma zavodunun istismara verildiyini bildirən Səhmdar Cəmiyyətin sədri bu müəssisədə donanmanın daha müasir gəmilərlə təchiz olunması üçün müəyyən proqramların hazırlandığını diqqətə çatdırıb. O deyib ki, yaxın gələcəkdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin istifadəyə verilməsi, eləcə də İpək Yolunda tranzit yük daşımaların həcminin artması “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin fəaliyyəti üçün münbit şərait yaradacaq.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024